Lavrov: “Vaşinqton sərhədlərimizdə təhlükəli hərbi oyun aparır”


Lavrov: “Vaşinqton sərhədlərimizdə təhlükəli hərbi oyun aparır”

“Avropa ABŞ-ın girovuna çevrilib”. 

Cebhe.info xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. Nazir bildirib ki, Avropa ABŞ-ın siyasi oyunlarında girov olmaqdadır, bu oyunları isə Vaşinqton Rusiya sərhədlərində aparır.

"Ukraynadakı durum ABŞ-ın geosiyasi oyunlarının nəticəsidir. Rusiya və Avropa liderləri uzun illər regionda  etimad  mühitinin yaradılması üçün səy göstəriblər, ancaq Ukraynadakı böhran bunu dağıdıb",- deyə nazir vurğulayıb.

Lavrov həmçinin Avropada yeni münaqişənin yarandığını bildirib: "ABŞ Rusiya sərhədlərində təhlükəli hərbi oyun aparır, qonşu ölkələrdə isə silahlanma yarışına start verib".

Xəzər

Tarix: 24-11-2018, 20:51
Xəbəri paylaş





Xəbər lenti