İsrailin Fələstinə etdiklərindən betərini, Səudiyyə Yəmənə edir: hər on dəqiqədə bir uşaq aclıqdan ölür

 İsrailin Fələstinə qarşı tətbiq elədiyi embarqonun bənzərini Səudiyyə Ərəbistanı Yəmənə qarşı tətbiq edir. Ölkəyə ərzaq və dərman məhsullarının daxil ola biləcəyi bütün qapılar Səudiyyə Ərəbistanın işğalı altındadır. Vəba, aclıq və susuzluğun əsiri olan Yəməndə hər 10 dəqiqədə bir uşaq aclıqdan can verir.
ABŞ-Səudiyyə Ərəbistanı-Birləşmiş Ərəb Əmirlikləri ittifaqının İranın regiona təsirini azaltmaq adı altında Yəmən xalqına qarşı hücumlar dörd ildir ki davam edir. Müharibə və blokada səbəbindən ölkə əhalisi məhv olmaqdadır.
Sədiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın “sayəsində” 29 milyon əhalisi olan ölkədə 29 milyon insan humanitar yardıma möhtacdır. Onlardan 15 milyon nəfəri isə aclıqdan ölmək risqi ilə qarşı-qarşıyadır.
2014-cü ildən bəri, ölkənin dəniz və quru sərhədindəki bütün nöqtələri ələ keçirmiş Səudiyyə qüvvələri bölgəyə ərzaq və dərman kimi əsas ehtiyac maddələrinin daxil olmasını demək olar ki, sıfıra endiriblər.
Yardım buraxmırlar
Yəməndən Səudiyyə Ərəbistana açılan yeganə sərhəd qapısı olan əl Vida və Yəmənin ən böyük limanı olan Hudeyde, Səudiyyə Ərəbistanının nəzarəti altındadır. Hudeyde limanında hücumların dayandırmağı vəd edən Riyad, verdiyi sözləri dəfələrlə pozaraq BƏƏ qüvvələri ilə birlikdə bölgəni təyyarələr vasitəsilə bombalayıb.
Yəmənin ərzaq idxalının 90 faizi bu limandan daxil olurdu. Hücumlar səbəbindən yardım gəmiləri bu limana yan ala bilmədiyi üçün Hudeyde limanından ölkəyə humanitar yardım gətirilməsi çox məhdudlaşıb. Quru sərhədindən regiona daxil olmaq istəyən TIR-lara da çox ciddi qaydalar tətbiq edilir. Yardım gətirmək üçün keçilən yollar daima bombalanır. Üstəlik, Riyad hakimiyyəti TIR-ların bölgəyə çatdırılmasının qarşısına “təhlükəsizlik prosedurası” adı altında yeni əngəllər qoymaqdadır.
Hurriyyet.org
Tarix: 24-11-2018, 20:54
Xəbəri paylaş





Xəbər lenti