ABŞ-ın rəhbərlik elədiyi koalisiya Suriyada dinc sakinləri, qadın və uşaqları öldürdü
Hurriyyet.org xəbər verir ki, cümə günü ABŞ-ın rəhbərlik elədiyi koalisiyanın aviazərbələri nəticəsində Suriyanın Deyr əz Zor əyalətinin Şaafa kəndində on nəfərdən artıq dinc sakin həlak olub. Məlumatı Suriyanın dövlət televiziya kanalı olan “İxbariyyə” verib: “Deyr əz Zor əyalətinin şərqində yerləşən Şaafa kəndində beynəlxalq koalisiyanın aviazərbələri nəticəsində aralarında qadınların və uşaqların da olduğu on nəfərdən artıq dinc sakin həlak olub”.SANA dövlət informasiya agentliyi isə qurbanların sayının artmaqda olduğunu bildirib.
Koalisiya müntəzəm şəkildə Suriyanın neftlə zəngin Deyr əz Zor vilayətindəki Hacin şəhərinə və ətraf kəndlərə aviazərbələr endirir. Suriya mətbuatı dəfələrlə koalisiyanın aviazərbələri zamanı dinc sakinlərin həlak olması və Cenevrə konvernsiyası ilə qadağan edilmiş ağ fosfordan istifadə eləməsi ilə bağlı xəbərləri verib. Suriya hakimiyyəti BMT-ni müqəssirlərə qarşı tədbirlər tökməyə və koalisiyanın Suriya Ərəb Respublikasının ərazisində qanunsuz fəaliyyətinin qarşısını almağa çağırıb.
ABŞ və onun müttəfiqləri 2014-cü ildən bəri İŞİD terrorçuları ilə mübarizə adı altında Suriya və İraqda əməliyyatlar aparırlar. ABŞ-ın rəhbərlik elədiyi koalisiya Suriyada hökumətin icazəsi olmadan fəaliyyət göstərir.
Tarix: 24-11-2018, 20:59