Fransanın paytaxtı Parisdə benzin qiymətinin qaldırılmasına etiraz əlaməti olaraq təşkil edilən aksiyada polis gözyaşardıcı qaz və təzyiqli sudan istifadə edib. Musavat.com BBC Türkcəyə istinadən xəbər verir ki, Yelisey meydanı həndəvərində "sarı jiletlilər" adlandırılan aksiya iştirakçıları və polis arasında yaşanan qarşıdurmada ən azı 18 nəfər saxlanılıb.
Parisə təhlükəsizlik məqsədilə 3 min nəfərlik polis gücü daha sövq edilib. Şəhərdə 30 min nəfərin bu etiraz aksiyasına qoşulduğu təxmin edilir. Fransa miqyasına yayılan etiraz dalğasının keçən həftəki ilk mərhələsində 280 mindən artıq insanın küçəyə çıxaraq aksiyaya qoşulduğu bildirilmişdi.
Fransa Daxili İşlər Nazirliyinin məlumatlarına görə, şənbə günü baş verən aksiyalara qatılım isə 80 min nəfərə yaxın olub.
Musavat.com