Dünya can hayında, isveçrəlilər isə referenduma inəklərin buynuzlarının kəsilməsini çıxarıb


Avropada isveçrəlilər qədər bəxti gətirən ikinci millət yoxdur. Bu dövlət iki dünya müharibəsində də özünü kənarda saxlaya bilib. Hətta faşist Almaniyası belə onlara toxunmayıb.

İsveçrə həm də dünyada birbaşa xalq demokratiyasının hökm sürdüyü yeganə ölkədir. Burada bir sıra məsələlər parlamentdə deyil, referendumda həll edilir. Ona görə də isveçrəlilər hətta bələdiyyə məclisi səviyyəsində müzakirə olunacaq məsələləri ümumxalq səsverməsinə çıxarırlar.

Bunlardan biri də inək və keçilərin buynuzlarını kəsmək istəməyən kəndlilərə bunu etmək üçün əlavə subsidiyaların ödənilməsi ilə bağlıdır.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, bununla əlaqədar vətəndaşların rəyinə təqdim olunan qanun layhiəsi rədd olunub. Bu barədə Bern sosioloji institutu məlumat verib.

İnək və keçilərin buynuzlaırnın müdafiəsinə isə Perefite kəndindən Anri Kapol adlı fermer qalxıb. Buynuzları kəsmək istəməyən fermerlər rəqabətdə uduzurlar, çünki buynuzlu inəklərə tövlələrdə az yer tapılır, bu isə daha çox xərc deməkdir.

Ümimiyyətlə, İsveçrədəki inəklərin 90%-nin buynuzu yoxdur. Ekspertlər ümumiyyətlə bu tip ev heyvan növünün tamamilə tükənəcəyini söyləyirlər.

Bu səbəbdən buynuzlu heyvanlara görə fermerlərə ildə 10-30 milyon dollar civarında pul ödənilməsi planlaşdırılıb.

Lakin hökumət “olduqca ciddi və həyati bir məsələni” müdafiə etmədiyi üçün məsələni referenduma götürmək qərarı alıb.

İsveçrəlilər heyvanların buynuzuna görə əlavə pul verilməsinə qarşı çıxıb. Son rəy soruğulaırnda qanun layihəsinin əleyhinə 67% səs çıxdığı qeyd olunub.

Tarix: 26-11-2018, 13:55
Xəbəri paylaş





Xəbər lenti