“Putin gələn həftə...” – Trampdan şok tələb


ABŞ-da prezident Donald Trampı Azov dənizində ötən gün baş verən münaqişəyə görə Rusiya prezidenti Vladimir Putini sərt cəzalandırmağa çağırıblar.

Publika.az Ukraynannın “Apostrof” nəşrinə istinadən xəbər verir ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının Respublikaçılar Partiyasından olan üzvü Brayan Fispatrik beynəlxalq hüququn Rusiya tərəfindən açıq şəkildə pozulduğunu bildirib.

“Rusiya tərəfindən Azov dənizində beynəlxalq hüquqların açıq pozulması və Ukraynanın müstəqilliyinə fitnəkar hücumu tamamilə qəbuledilməzdir. Rusiya Ukrayna gəmilərinin Ukrayna limanlarından azad istifadəsinə icazə vermək üçün Kerç boğazı vasitəsilə hərəkət azadlığını dərhal bərpa etməlidir”, - Konqres üzvü hesab edir.

Fispatrik qeyd edib ki, Moskvanın təcavüzü ABŞ-ın milli təhlükəsizlik maraqlarına birbaşa təhdiddir.

“Mən prezidenti və administrasiyanı gələn həftə G20 sammitində Vladimir Putini məsuliyyətə cəlb etməyə çağırıram. Biz ukraynalılarla yan-yana durmalıyıq”, - o əlavə edib.

Xatırladaq ki, ötən gün Rusiya gəmiləri Kerç körfəzindən çıxan Ukrayna Hərbi-Dəniz Qüvvələrinə aid gəmi qrupuna atəş açıb.

Tarix: 26-11-2018, 13:58
Xəbəri paylaş





Xəbər lenti