Böyük əməliyyat başlandı – Küçəyə çıxma yasaqı elan edildi


Türkiyənin Diyarbəkir vilayətinin Licə rayonunda PKK terror təşkilatına qarşı əməliyyat başladılıb.

Avropa.info xəbər verir ki Türkiyə təhlükəsizlik orqanları tərəfindən həyata keçirilən əməliyyat 4 kənd və 7 dağlıq, meşəlik ərazidə aparılır.

Diyarbəkir Valiliyindən edilən açıqlamada Licə rayonundakı dağlıq və meşə sahəsində fəaliyyətgöstərən, aralarında terror təşkilatı liderlərinin də olduğu təxmin edilən PKK-lı terrorçuların zərərsizləşdirilməsi, sığınacaq və anbarların darmadağın edilməsi məqsədilə əməliyyat keçiriləcəyi bildirilib.

Əməliyyatın keçiriləcəyi bölgələrdə xalqın can və mal təhlükəsizliyinin təmin olunması, mülki vətəndaşların zərər görməməsi məqsədilə 4 kənd, 7 bölgədə küçəyə çıxma yasaqı elan edilib.

Tarix: 26-11-2018, 14:03
Xəbəri paylaş





Xəbər lenti