Ukrayna ordusu döyüşə TAM HAZIR vəziyyətə gətirildi


Ukrayna ordusu döyüşə TAM HAZIR vəziyyətə gətirildi

Ukrayna ordusu tam döyüşə hazır vəziyyətə gətirilib.

Cebhe.info xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb. 

“Milli Təhlükəsizlik Şurası və Müdafiə Nazirliyinin qərarına əsasən, Ukrayna Silahı Qüvvələrin Baş Qərargahı qoşunların tam döyüşə hazır vəziyyətə gətirilməsini təmin edib",- deyə nazirliyin məlumatında vurğulanır.

Xatırladaq ki, prezident Petro Poroşenko 26 noyabrdakı çıxışında qoşunların tam döyüşə hazır vəziyyətə gətiriləcəyini anons etmişdi. O, bununla bağlı Ali Radanın deputatlarına müraciət edərək, 60 gün müddətində hərbi vəziyyət elan olunması qərar verilməsini istəmişdi. Prezident bildirmişdi ki, hərbi vəziyyət mülki vətəndaşların da təxirəsalınmaz mobilizasiyası demək deyil. Bu, ancaq birinci dərəcəli hərbi mükəlləfiyyətlilərin hazırlığıdır.

Tarix: 26-11-2018, 15:24
Xəbəri paylaş





Xəbər lenti