Populist hərəkatlar Avropanı "fəth edir" - yeni Hitler yetişəcəyi əndişəsi...


Korrupsioner elitalar, miqrasiya böhranı, iqtisadi durğunluq onların nüfuzunu artırır

Avorpada populist sağçı partiyaların nüfuzu gündən-günə artmaqda davam edir. Hələ 1998-ci ildə ən çox aldıqları səs 7%-i keçməyən sağ radikallar indi az qala "qoca qitə"nin bütün dövlətlərində koalisiya ortağı sayılırlar.

Böyük Britaniyanın “The Guardian” qəzeti bununla bağlı xüsusi araşdırma yazısı dərc edib.

“Yeni populizm” adlanan layihədə qəzetin əməkdaşları ilə birlikdə Amsterdam universitetinin aparıcı mütəxəssisi Matteys Rodeynin rəhbərliyi altında 30-dan çox politoloq və sosioloq iştirak edib. Alimər Avropa Birliyi, Norveç, İslandiyada populist hesab etdikləri bütün cərəyanları araşdırıblar.

Təhqiqat nəticəsində avropalılaırn bir çoxunun ölkələrindəki korrupsiyalaşmış elitaların vətəndaşları aldatdığını düşündüyü ortaya çıxıb. Ekspertlər seçicilərin öz seçimlərini populist partiyalardan yana etməsini bir sıra faktorlara bağlayırlar:

1.Hazırda cəmiyyət olduqca fərdiləşib, seçicilər öz rəylərində daha müstəqil davrana bilirlər.

2. Siyasi səbəblərdən tutmuş iqtisadiyyata qədər bütün risklər getdikcə artır, bu səbəbdən mərkəz partiyalar işin bu hala gətirilməsində daha çox günahlandırılır.

3. Populistlər özəlliklə böhran vəziyyətlərində aparıcı partiyalarda baş alıb gedən korrupsiya hallarına daha çox vurğu edərək vətəndaşların diqqətini cəlb edirlər.

Ümumiyyətlə isə Avropada populizmin tarixi 1956-cı ilə aid edirlər. Həmin il Avstriyada “Avstriya azadlıq partyası” yaradılıb. Təşkilaıtn rəhbəri isə Adolf Hitlerin Millətçi Sosialist Fəhlə partiyasının və SS hərbi terror təşkilatının üzvü Anton Rayntaller olub. 1994-cü ildə keçirilən parlament seçkilərində partiya 20% səs toplayan partiya bu uğurunu yüksələn xətt üzrə davam etdirib. Hazırda “Azadlıq” hökumətin ən böyük ortağı sayılır.

90-cı illərdən başlayaraq isə populist partiyalar İtaliya, İsveç, Norveç və Macarıstan kimi ölkələrdə varlıqlarınıı gücləndirdilər.

Araşdırmada iştirak edən Corciya universitetinin beynəlxalq münasibətlər üzrə eksperti Kas Maddi Avropada populizmin yayılmasını 3 əsas səbəbə bağlayır:

1. Populist sol partiyaların nüfuzunun artmasına səbəb olan iqtisadi durğunluq;

2. Populist sağ partiyaları gücləndirən miqrasiya böhranı;

3. Klassik mərkəzçi siyasi qüvvələrin populizm hərəkatına yuvarlanması (məsələn, macar baş nazir Viktor Orbanın Fides-Vətəndaş birliyi” koalisiyası, Polşanın “Hüquq və ədalət” partiyası kimi).

Lakin bir sıra ekspertlərin rəyinə görə, populistlərə geniş xalq dəstəyi qazanmaq üçün heç də hansısa böhran da lazım olmur. Məsələn, keçən seçkilərdə Çexiyada bu tip partiyalar seçkilərdə 40%-lik səs toplayıb. Özü də Çexiya Avropada işsizliyin ən az olduğu, iqtisadiyyatın isə ən sürətlə inkişaf etdiyi ölkə sayılır. Üstəlik, Avropanı lərzəyə gətirən miqrasiya böhranı bu ölkəyə heç toxunmayıb.

“Yaxın perspektivdə populist partiyalar güclü mövqelərdə qalmaqda davam edəcəklər. Onların hamısının radikal sağçılığa meyllənməsi gözlənilir. Lakin əsas məsələ, belə olan halda ənənəvi mərkəzçi partiyaların necə hərəkət edəcəyi ilə bağlıdır”,- deyə Kas Maddi qeyd edib.

Musavat.com

Tarix: 26-11-2018, 15:25
Xəbəri paylaş





Xəbər lenti