“Müharibə başlasa, bu, həmin ölkənin labüd məğlubiyyəti ilə nəticələnəcək”


Zərdüşt Əlizadə: “Poroşenkonun müharibəyə qərar verməsi mümkündür”




Rusiyanın Ukrayna gəmisinə atəş açması ilə iki ölkə aarsında vəziyyət əhəmiyyətli dərəcədə gərginləşib. Mövcud durumun kritikliyinə diqqət çəkən bəzi ekspertlər yeni Ukrayna-Rusiya müharibəsinin uzaqda olmadığı qənaətindədir.

Tərəflər arasında yeni bir müharibənin başlanması ehtimalı doğrudanmı bu qədər realdır? Həqiqətənmi dünya Ukrayna və Rusiya arasında növbəti, daha ciddi toqquşmalara şahid ola bilər?

Moderator.az-a açıqlama verən politoloq Zərdüşt Əlizadə bu ehtimalı istisna etmədiyini vurğuladı:

“Proşenko seçki yarışında üçüncü yer tutub və onun qalib gəlmək ehtimalı çox aşağıdır. Elə hakimiyyətlər var ki, onlar öz ömürlərini uzatmaq üçün hər cür addım atmağa hazır olurlar. Necə ki, vaxtiylə Azərbaycanda hakimiyyət uğrundakı mübarizə nəticəsində Qarabağ güdaza verildi. Poroşenko da labüd məğubiyyətlə nəticələnən müharibəyə başlaya bilər. Xalqı öz ətrafında səfərbər etmək üçün belə bir addım atması mümkündür”.

Tarix: 26-11-2018, 15:35
Xəbəri paylaş





Xəbər lenti