Prezidenti fikrindən daşındıran lider kim olub?- Hərbi vəziyyət 30 gün qüvvədə olacaq

Prezidenti fikrindən daşındıran lider kim olub?- Hərbi vəziyyət 30 gün qüvvədə olacaq


Ukrayna prezidenti Petro Poroşenko Təhlükəsizlik Şurasının ölkədə hərbi vəziyyət elan olunması barədə qərarını təsdiqlədikdən sonrə məsələyə Ali Radada baxılıb. Cebhe.info yerli mətbuata istinadən bildirir ki, Ali Rada qərarı təsdiq edib. Beləliklə, Azov dənizinin Kerç boğazında Rusiya ilə 25 noyabrda baş veərn qarşıdurmadan sonra gündəmə gələn hərbi vəziyyət   28 noyabrda qüvvəyə minəcək.

Hələlik qərar ancaq 30 gün müddətində qüvvədə olacaq. Prezident Petro Poroşenko qərarın 60 gün qüvvədə olmasını nəzərdə tutsa da, bəzi avropalı liderlərlə məsləhətləşmələrdən sonra müddət 2 dəfə azaldılıb. Bu liderlər sırasında xüsusilə Almaniya baş kansleri Angela Merkelin adı çəkilir.

Xatırladaq ki, noyabrın 25-də Kerç boğazında Azov dənizinə çıxmaq istəyən Ukrayna gəmilərinə Rusiya tərəfindən atəş açılıb. Nəticədə bir nəfər ölüb, 3 nəfər yaralanb. 

Xəzər

Tarix: 27-11-2018, 13:01
Xəbəri paylaş





Xəbər lenti