İspaniyanın Xarici işlər naziri 30 min cərimələndi


Xarici işlər naziri 30 min cərimələndi

O, dələduzluq yolu ilə qazancı nazir olmazdan əvvəl – 2015-ci ildə əldə edib.

İspaniyanın Milli Fond Birjası Komissiyası (CNMV) şirkət məlumatlarından istifadə edərək səhmlərini satan xarici işlər naziri Jozef Borrelli 30 min avro cərimələyib.

CNMV-nin məlumatına görə, Borrell dələduzluq yolu ilə qazancı nazir olmazdan əvvəl – 2015-ci ildə əldə edib. Komissiya qərarına əsasən, Jozef Borrell “Abengoa” şirkətinə aid səhmlərini 9 min 30 avroya satıb. O, bu satışı şirkətin gizli məlumatlarından istifadə edərək gerçəkləşdirib.

İspaniyanın enerji şirkəti olan “Abengoa” 2015-ci il noyabrın sonunda 6 milyard 300 milyon avro borcla ləğvetmə müddəti başlatdığını açıqlamışdı. Həmin ərəfədə səhmləri 60%-dən çox dəyər itirən şirkət müflisləşmənin qarşısını almaq üçün yatırımlarının 90%-ni bank və fondlara köçürmə yolu ilə yenidən maliyyələşmyə start vermişdi.

Cebhe.info

Tarix: 28-11-2018, 08:39
Xəbəri paylaş





Xəbər lenti