“Koçaryan həbs olunmalıdır” – Ermənistanın baş prokuroru
Ermənistanın ikinci prezidenti Robert Koçaryan ehtiyyat tədbiri qismində həbs olunmalıdır.Open.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş prokuroru Artur Davtyan məlumat verib.
“Biz onun həbsi üçün lazım olan səbəbləri söyləyirik. Lakin, yalnız məhkəmə nə qərar verəcəyini bilir”, – deyə baş prokuror bildirib.
Qeyd edək ki, Koçaryan 1 mart 2008-ci ildə prezident seçkilərindən sonra keçirilən etiraz aksiyalarını zorla dağıtmaqda və 10 nəfərin ölümündə günahlandırılır. Ona qarşı eyni zamanda konstitusion quruluşun devirməsi ittihamı da irəli sürülərək 2 ay həbs cəzası verilib. Koçaryan İrəvan Şəhər Məhkəməsinin qərarı ilə bu il iyulun 28-də həbs olunub. O, avqustun 13-də Appelyasiya məhkəməsinin qərarı ilə azadlığa buraxılıb.
Tarix: 28-11-2018, 20:04