“Məğlubedilməz ABŞ “speznaz”ı”: İmici yerlə yeksan edən 7 əməliyyat - DÜNYA HƏLƏ DƏ ONLARDAN DANIŞIR


“Məğlubedilməz ABŞ “speznaz”ı”: İmici yerlə yeksan edən 7 əməliyyat - DÜNYA HƏLƏ DƏ ONLARDAN DANIŞIR

İkinci Dünya Müharibəsində və daha sonra ABŞ zaman-zaman dünyanın müxtəlif ölkələrində xüsusi əməliyyatlar keçirib. Ancaq bu əməliyyatların heç də hamısı uğurlu olmayıb.

Cebhe.info xəbər verir ki, bunların arasında uğursuzluğu ilə məşhur olan bir neçə əməliyyat  da olub. 

1.Makin döyüşü

ABŞ dəniz piyadalarının 17 avqust 1942-ci ildə keçirdiyi əməliyyatdır. Məqsəd Yaponiya qarnizonunun dağıdılması idi, amma buna nail olmaq mümkün olmadı. Marşal adasından şərqdə yerləşən Atoll Makin hidroplanlar üçün yaxşı baza ola bilərdi. 300 yapon əsgəri əraziyə doğru hərəkət etdi, heç bir müqavimətlə qarşılaşmayaraq yerləşdi. Bununla da yaponlar müttəfiqlərin nəzarətindəki bir sıra adalara nəzarət imkanı qazana bilərdi. 17 avqust 1942-ci ildə ABŞ-ın 211 dəniz piyadası Makinə çıxdı. Amma əməliyyat  o qədər də uğurlu olmadı. 83 nəfər öldürüldü, yaponlara məxsus təsisatlar məhv edildi. Amerikalılar tərəfdən 21 nəfər öldü və onlarla insan əsir götürüldü. Yaponlar ilk hücum şokunu atlatdıqdan sonra ciddi müqavimət göstərdilər. Amerikalılar geri çəkilmək istəyərkən tələyə düşdülər. 

2. Şimali Koreya

Növbəti uğrusuz əməliyyat Şimali Koreyada oldu. 25 noyabr 1950-ci ildə Amerika xüsusi təyinatlıları Çxonçxonqan çayı sahilindəki 205-ci yüksəkliyi götürmək istəyirdi. Ancaq bilmirdi ki, Koreya tərəfə yardım üçün çox sayda çinli gəlib və onlar hətta genişmiyqaslı əməliyyata da hazırdır. Nəticədə amerikalıların əməliyyat uğursuzluğa düçar oldu. Çox sayda itki verildi, yüksəkliyi almaq isə mümkün olmadı. 87 amerikalı xüsusi təyinatlıdan ancaq 21 nəfəri sağ qaldı. 

3. Tehran əməliyyatı  

Daha bir uğursuz əməliyyat 1979-cu ildə İranda oldu. Bu ölkədə islam inqilabından sonra onlarla amerikalı diplomat girov götürüldü. ABŞ tərəfi İranla müharibəyə qərar vermədi, bunun əvəzində xüsusi əməliyyat keçirmək qərara alındı. Plana əsasən, səfirliyin yanına qəfil eniş edən helikopterlərdə gedəcək xüsusi təyinatlılar mühafizəçiləri zərərsizləşdirərək diplomatları ölkəyə qaytaracaqdı. Əməliyyat çətin idi, istənilən səhv onlarla insanın qurban olmasıyla nəticələnərdi. Əvvəlcə hər şey plan üzrə getdi. Ancaq qeyri-dəqiq hesablamalar nəticəsində girovları azad etmək üçün helikopter çatışmadı. Əməliyyatı təxirə salmaq əmri verildi. Bundan sonra helikopterlərdən biri başqa bir təyyarə ilə toqquşdu, yanğın başladı, 8 ekipaj üzvü həlak oldu. Bu uğursuz əməliyyat Cim Karterin siyasi həyatında dönüş oldu. O, 1980-cı il prezideent seçkisini uduzdu. 

4. Qrenada “işğalı”

Bu sıradakı növbəri uğursuz əməliyyat 1983-cü ildə Qrenada da oldu və cəmi 3 gün davam etdi. Amerika Qrenada hakimiyyətini yıxmağı planlayırdı, amma bu xüsusi əməliyyat zamanı incə bir məqam nəzərə alınmamışdı- hava şəraiti. Nəticə fiasko oldu. 

5. Somali

ABŞ növbəti uğursuzluğu Somalidə yaşadı. Humanitar yardım missiyası ilə bu ölkəyə gedən ABŞ öz missiyasını getdikcə genişləndirdi. 1993-cü ildə ABŞ xüsusi təyinatlıları paytaxt Moqadişoda əməliyyata başladı. Məqsəd “Somali Milli Alyans Hökuməti"nin cəzalandırılması və 2 üzvün həbsi idi. Amma hər şey plan üzrə getmədi. Helikopterlərdən biri vuruldu, hava hərakatına yerdən dəstək verənlər də öz məqsədlərinə çata bilmədilər. Nəticədə amerikalılar mühasirəyə düşdü. Daha bir helikopter vuruldu, döyüş səhərə qədər davam etdi və 19 xüsusi təyinatlı öldürüldü. 

6. Kuba

Bu siyahıda ABŞ-ın Kubaya qarşı də xüsusi əməliyyatı özünəməxsus yer tutur. 1 yanvar 1950-ci ildə Kuba inqilabından sonra Vaşinqton hərəkətə keçdi. Əvvəlcə Kuba müxalifətinə yardım planı hazırlandı. Amma bu, kifayət etməyəcəkdi. Buna görə də Koçinos boğazına desant çıxarmaq qərara alındı. Sahildə aerodrom kimi istifadəyə yararlı meydança vardı. Amma kubalılar əməliyyatdan duyuq düşdülər. İnqilab Qüvvələrinin Baş Qərargahı tədbirlər planı hazırladı. 15 apreldə Amerika bombardmançıları bir sıra aerodromları bombaladı, bir çox Kuba təyyarəsi məhv edildi. 19 apreldə Kuba tərəfi 30 dəqiqəlik artilleriya hazırlğı ilə hücuma keçdi. Koçinosa çıxarılan desantlara qarşı əməliyyat başladı. 72 saat davam edən döyüşlərdə 80-120 nəfər öldürüldü. 1197 muzdlu əsir düşdü. Kubalılardan 156 nəfər öldürüldü, 800 nəfər yaralandı. 1962-ci ilin aprelində əsirlər mühakimə olundu. Həmin ilin dekabrında Kuba onları ABŞ-a təhvil verərək əvəzində 53 milyon dollarlıq dərman və ərzaq aldı.

7. Nigeriya

Bu ölkədəki xüsusi əməliyyat da uğursuz oldu. 4 oktyabr 2017-ci ildə özünü “Böyük Saxaradakı İŞİD” adlandıran silahlı birləşmə  nigeriyalı əsgərlərə və amerikalı xüsusi təyinatlılara hücum tdi. Bu qruplar təşkilatın rəhbəri Adnan Əbu Valid əl-Səhravinin yerinin müəyyənləşdirilməsi üçün xüsusi əməliyyatdan qayıdırdı. Onlar bazaya çatan kimi qarşı tərəf hücuma başladı. Kəşfiyyat qrupu mühasirəyə düşdü, minik vasitələri sıradan çıxarıldı. Yarım saat sonra Fransanın “Mirage” reaktiv təyyarəsinə hücum əmri verildi, ancaq onlar hadisə yerinə 2 saatdan sonra çata bildilər. Havadan dəstəyin gəlməsinə baxmayaraq, fransalı təyyarəçilər amerikalılara yardım edə bilmədilər. Nəticədə Amerika Nigeriyada 9 xüsusi təyinatlısını itirdi, 190 nəfər isə yaralandı.   

Xəzər

Tarix: 29-11-2018, 16:41
Xəbəri paylaş





Xəbər lenti