Ukraynanıın DİN rəhbərinin müşaviri Zoryan Şkiryak Rusiyanın ökəsi ilə sərhəddə 80 minlik hərbi kontingent cəmləşdirdiyini və məlum prosesin hələ də davam etdiyini vurğulayıb. Onun sözlərinə görə, Kreml Ukrayna ilə sərhəddə batalyon-taktiki qrupları, tank birləşmələri, zərbə aviasiyası, raket artilleriyası bölmələri, desant-şturm batalyonları, QRU-nun və RF DİN-in xüsusi bölmələri və s. yerləşdirib ki, bu da Ukraynanı düşündürməyə bilməz.
Rusiya və Ukrayna arasında yeni bir müharibənin başlama ehtimalı varmı? Yoxsa Rusiya bununla Ukraynaya sadəcə psixoloji baxımdan təzyiq göstərməyə çalışır?
Moderator.az-a açıqlama verən politoloq Sədrəddin Soltan tərəflər arasında açıq müharibə ehtimalının az olduğunu vurğuladı:
“Açıq müharibəbnin baş vermə ehtimalı çox azdır. Lakin ümumilikdə Ukrayna və Rusiya arasında müharibə var. Şərqi Ukraynada Ukraynanın ərazi bütövlyünə qarşı mübarizə aparan separatçıların hamısını Rusiya dəstəkləyir. Istər mənəvi, istərsə də siyasi-hərbi baxımdan onlara bu dəstəyi Rusiya verir. Orada savaşanlar da rusiyalılardır. Rusiya təlimatçıları, rus silahı ordadır. Orada neçə-neçə rus hərbçisi ölüb ki, onları gətirib Rusiyada dəfn ediblər. Rusiya ilə Ukrayna arasında müharibə var. Lakin bu müharibənin adı Şərqi Ukrayna-Kiyev müharibəsidir.
Əgər Ukraynanın Rusiya ilə müharibə aparmağa gücü çatırsa, Donbasdakı rusiyameyillələri neytrallaşdırsın.
Qoşunlaırn təmas xəttində cəmləşməsi isə 2013-cü ildən müşahidə edilir. Bunun da bir sıra səbəbləri var. Bu səbəblərdən biri odur ki, Ukrayna Qərbə, NATO-ya yol aldqıca, Rusiya da guya özünü Ukraynadan, Qərbdən qorumaq adı ilə Kiyevə təzyiqlərini artırır.
Rusiya Krımı bir gecənin içində işğal etdi. Bu, onu göstərir ki, Rusiya Ukraynada baş verəcək bütün hadisələrə hazır idi. Ukrayna hərbçiləri tərpənməyə macal tapmadı. Sonra məlum oldu ki, Ukraynanın oradakı donanmasının başında dayanan yüksək rütbəli hərbçilər Rusiya yönümlü imiş.
Ukrayna və Rusiya arasında açıq müharibə olmayacaq. Amma Rusiya Ukraynda müharibə aparır”.