Fransa paytaxtı Parisdə keçirilən etiraz aksiyaları nəticəsini verir.
Cebhe.info xarici mətbuata istinadən bildirir ki, aksiyalara səbəb olan benzinin qiymət artımı ilə bağlı qərara moratorium qoyula bilər.
"Agence France-Presse" naməlum mənbəyə istinadən bildirir ki, Baş nazir Eduard Filipp bunu artıq hökumətin iclasında bəyan edib.
Xatırladaq ki, 17 noyabrdan etibarən Fransada avtomobil yanacağının qiymətinin artması kütləvi aksiyalara səbəb olub.