Fransanı qarışdıran əl: Etirazların arxasında nə dayanır?


Fransanı qarışdıran əl: Etirazların arxasında nə dayanır?

Fransada baş verən sosial etirazlar  artıq bütün ölkəni bürüyüb. Polis qüvvələri ilə nümayişçilər arasında baş verən toqquşmalar səngimək bilmir.  36 min nəfərin qatıldığı etiraz aksiyaları zaman 400 nəfər həbs edilib.  Paytaxt Parisin küçələrində iğtişaşlar zamanı çoxsaylı avtomobillər  yandırılıb, dükanlar, otellər dağıdılıb. Aksiya iştirakçıları və polislər arasında xeyli sayda xəsarət alan var.

Xatırladaq ki, etirazlara səbəb Fransada benzinin qiymətinin artırılması olub. Sürücülərin başlatdığı “sarı jiletlilər” hərəkatına  artıq minlərlə insan qoşulub.  2018-ci ildə Fransada dizel yanacağının 1 litrnin qiyməti 16 faiz və ya  1,24 avrodan, 148 avroya, oktyabr ayında isə1,53 avroya qədər artırılıb. Bundan başqa, vətəndaşlar ekoloji vergilərin artırılmasına və “hökumətin əhalinin alıcılıq qabiliyyətini pozan ədalətsizliyinə” qarşı çıxır.  

Lakin sosial tələblərlə başlanan aksiyalar artıq siyasi müstəviyə keçirb. Etirazçılar prezident Emmanuel Makronun və hökumətin istefasına dair tələblər  səsləndirir.  “Sarı jiletlilər”in nümayəndəsi Kristof Şalyenşon baş nazir Eduard Filip hökumətindən  istefa verməyə çağırıb.   Şalyen bildirib ki, yaranmış vəziyyətdən ən yaxşı çıxış yolu E.Filip hökumətinin istefaya getməsidir. 

“Hökumətin başında mən general de Vilyeni görürəm. O, Fransada həm sağçıların, həm də solçuların dövründə xidmət edib. O, hökumətə rəhbərlik edə biləcək müdrik adamdır”-Şalyenşon belə deyib.

Qeyd edək ki, Fransa silahlı qüvvələrinin generalı Piyer de Vilye 2017-ci ildə müdafiə xərclərinin azaldılması ilə bağlı Emmanuel Makronla razılığa gələ bilmədiyinə görə, istefaya gedib. 

Aksiya iştirakçılarının əksəriyyətinin bu fikri dəstəklədiyi bildirilir. Mitinq iştirakçılarından biri “sarı jiletlilər”in həqiqi rəhbər arzuladıqlarını deyib. O, kişi və ya qadın olmasından asılı olmayaraq, Fransanın gələcəyini dərindən dərk etməlidir. 

Fransa prezidenti Emmanuel Makronun nümayişçilərə qarşı sərt tədbirlər görmək  göstərişi isə hələ nəticə verməyib. Fransada və paytaxt Parisdə vəziyyət getdikcə gərginləşir.  Ona görə də prezident Makron baş nazir Eduard Filippə aksiya iştirakçılarının rəhbərləri ilə görüşmək tapşırığı verib. 

Fransada baş verənlər ilk baxışdan bu ölkənin daxili problemi kimi görünsə də, siyasi müşahidəçilər vəziyyətin getdikcə ağır hal almasında xarici qüvvələrin, ilk növbədə isə ABŞ-ın maraqlı olduğunu istisna etmir. Buna səbəb kimi son dövrlər Fransa ilə ABŞ arasında fikir ayrılığının artması göstərilir. Rəsmi Parisin ABŞ-ın İranın nüvə proqramına dair sazişdən çıxmasına etirazından sonra  prezident Trampın  Fransadan idxal olunan  alüminium və polada tətbiq olunan gömrük rüsumlarını artırması iki dövlətin münasibətlərində ciddi soyuqluq yaratdı. Bunun ardınca Emmanuel Makronun Avropa Birliyinin öz silahlı qüvvələrini yaratmaq təklifi ABŞ tərəfindən ciddi narahatlığa səbəb olan növbəti addım oldu.  Fransa prezidentinin bu çağırışı Avropa qitəsinin təhlükəsizliyinin təminatında xüsusi rol oynayan ABŞ-a ehtiyac olmadığına dair sərt mesaj idi. Xüsusilə də 2014-cü ildə Krımın ilhaqından sonra Şərqi  Avropanın təhlükəsizliyini öz üzərinə götürmüş  ABŞ-ın bu regionda hərbi və siyasi cəhətdən möhkəmlənməsi  Fransanı və Almaniyanı razı salmır. Bu ABŞ-ın Avropa Birliyi üzərində geosiyasi təsirlərini artırmaqla yanaşı, enerji bazarına müdaxilə etməsinə ciddi şərait yaradır. Avropa Birliyinin lokomotivi olan Fransa və Almaniyanın vahid silahlı qüvvələrini yaradılması məsələsini gündəmə gətirməsi isə ABŞ-ın Şərqi Avropa ilə bağlı planları ilə ziddiyyət təşkil edir.  “Pentaqon” 2020-ci ilə qədər Polşada və Baltikyanı ölkələrdə NATO-nun xətti ilə  20 min nəfərlik ordu yerləşdirməyi nəzərdə tutub. Almaniya və Fransanın ABŞ-ın strateji planlarına qarşı çıxması NATO-nun Şərqə Doğru Genişlənməsi  Proqramı ilə əkslik təşkil edir. 

Üstəlik, prezident Makron açıq şəkildə Fransanın ABŞ-ın vassalı olmadığını bəyan etdi. Qeyd edilən bəyanatdan sonra Fransada kütləvi iğtişaşların baş qaldırması ABŞ xüsusi xidmət orqanlarının rolunun olması barədə ehtimalları ortaya çıxarıb. Ümumiyyətlə isə, ekspertlər yaranmış  gərginliyin Fransa prezidentinə təzyiq baxımından ABŞ üçün əlverişli şərait yaratdığını bildirir. 

NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədovun sözlərinə görə, İkinci Dünya müharibəsindən sonra  “Marşal planı” ABŞ-a Avropada, xüsusilə də Şərqi Avropada güclü  mövqe qazanmağa imkan verib. Ona görə də ABŞ-ın Fransada baş verən etirazlarda təşkilatçı olmasa da bu bölgədə təhlükəsizliyin təminatçısı kimi Fransa hakimiyyətinə ciddi ismarıclar vermək imkanı qazanıb: 

“Putin Rusiyada hakimiyyətə gəldikdən sonra 10-a yaxın dövlət NATO-ya üzv oldu. Bu isə o deməkdir ki, proses ABŞ-ın nəzarətindədir. İkincisi, bu gün Fransada baş verənlər yanacağın qiymətinin və vergilərin artırılması ilə bağlıdır. Lakin bu narazılığın şiddətli hal alması və bir həftəyə yaxındır ki,  iğtişaşlar nəticəsində Parisə dəyən ziyan 5 milyard avrodan çoxdur. Bahalı avtomobillərin yandırılması, bahalı otellərə hücumlar aksiyaların nəzarətdən çıxmasından xəbər verir.  Artıq polisə zor tətbiq etmək səlahiyyəti verilib. Nəticədə, Fransa polisi fransızları nümayişçilərə çox ağır xəsarətlər yetirib.  Bu o deməkdir ki, Fransada baş verənlər Emmanuel Makronun  ABŞ-a qarşı yanlış siyasətinin nəticəsidir. Amerika mesaj verir ki, əgər  daxili sabitliyi təmin edə bilmirsinizsə, mənim iştirakım olmadan Avropanın təhlükəsizliyini necə təmin edəcəksiniz? Makronun yanacağın qiymətləri və vergi siyasəti  onun ikinci dəfə prezident seçilməsini təhlükə altına aldı. Çünki Makronun insanlara zorakılıq tətbiq etmək siyasəti isə fransızlar tərəfindən bağışlanmayacaq. Yaxın günlərdə mitinqlər dayandırılmasa və toqquşmalar davam edərsə, ölüm hallarının baş verəcəyini gözləmək olar”.

Ekspert hesa edir ki, prezident Makronun istefaya gedəcəyi real görünmür. Lakin aksiyalar ölkənin digər şəhərlərini də əhatə etdiyindən prezident ya yanacağın tariflərinin və vergilərin artırılmasına dair qərarından imtina etməli, yaxud hökuməti istefaya göndərməlidir: 

“Makron istefa verməsə belə, bu dağıdıcı zərbələrin gətirdiyi fəsadlar onun ikinci dəfə prezident seçilə biləcəyinə şübhə yaradır.  Əgər ən pis ssenari baş verərsə, yəni aksiyaların dağıdılması zamanı ölüm halı olarsa, Makronun siyasi karyerası bitəcək və o, istefaya getməyə məcbur olacaq”. 

Fərrux Məmmədov qeyd etdi ki,  xeyli müddətdir Fransa ilə ABŞ arasında müşahidə olunan mövqe ayrılığı hələ davam edəcək: 

“Mitterandan sonra, xüsusilə də Jak Şirakın prezidentliyi dövründə  Fransa hər zaman ABŞ-ı qəbul etməmək və onun tələblərinə boyun əyməmək siyasətini yürüdüb. 1979-cu ildə İran islam İnqilabının baş verməsində və dini xuntanın qurulmasında birbaşa  iştirak etmiş Fransa ABŞ-a “Mən səni qəbul etmirəm” mesajını verir. Yəni rəsmi Paris bildirir ki,  NATO çərçivəsində ABŞ-la müttəfiq olsa da bu münasibətlər Fransanın strateji maraqlarına xidmət etməlidir.  Makronun “Biz ABŞ-ın vassalı”-deyilik açıqlaması da bunun əlamətidir. Fransa ABŞ-ı qəbul etməyəcək. Çox güman ki, burada Rusiya amili də var.  Makronun sanksiyalardan əziyyət çəkən Rusiyanın prezidenti ilə görüşü gözlənilir. Ola bilsin ki, Rusiya Fransadan çox böyük miqdarda mal və məhsullar  alıb.  Ona görə də rəsmi Paris mövqeyini belə dəyişdirir. ABŞ kəşfiyyatı da bununla bağlı məlumatlı olduğundan kütləvi etirazlara dəstək verir. Həmin iğtişaşların maraqları təmin olunduqdan sonra iğtişaşlar dayancaq.  “G-20” sammiti çərçivəsində prezident Tramp  hətta müşavirlərinin yanında   Makrona deyib ki, “Amerika olmasaydı, bu gün Fransa xalqa  almanca danışırdı. Hitler onları almanca öyrətmişdi”. 

NATO Əməkdaşlıq İnstitutunun rəhbəri onu da vurğuladı ki, Almaniya kansleri Angela Merkelin “G-20” zirvə görüşündə passiv mövqe tutması onun ABŞ-la qarşıdurmaya getməyin və “Marşal planı”na qarşı çıxmağın mənasız olduğunu anladığını deməyə əsas verir. (Cebhe.info)


Tarix: 4-12-2018, 14:06
Xəbəri paylaş





Xəbər lenti