Rusiyadan təhdid dolu çıxış:“Bu ölkələrin əhalisi atom yağışı altında qalacaq”


Rusiyadan təhdid dolu çıxış:“Bu ölkələrin əhalisi atom yağışı altında qalacaq”

ABŞ yaxın və ortamənzilli silahların qadağan edilməsi barədə sazişdən çıxdıqdan sonra Polşa və digər Şərqi Avropa ölkələrində bazalarını yerləşdirməsi bu ölkələrin əhalisi üçün təhlükə vəd edir. Cebhe.info xəbər verir ki, bu fikirlə Rusiya hərbi eksperti Vladislav Şurıqin çıxış edib.

Onun sözlərinə görə, həmin ölkələrdən istənilən biri nüvə səhrasına çevrilə bilər: "Ərazisində belə raket yerləşdirən istənilən Şərqi Avropa ölkəsi özünü dünya xəritəsindən silir. Amerika hərbçilərini sadəlövhcəsinə dəvət edən siyasətçilər də öz ölkələrinin əhalisini potensial atom yağışı altında qoyur. Bu situasiyada bu ölkələrin dinc əhalisi artıq girov da deyil. Onlar artıq güllələnməyə başlayan girovlardır".

Ekspert qeyd edib ki, indiki halda müharibə zolağı Kalininqrad əyalətinin sərhədindən başlayaraq 500 km təşkil edir. Bu, "İsgəndər" raketlərinin məsafəsidir: "Bu halda girovlar da iki addım qabağı görə biməyən xoşbəxt pribaltikalılar olacaq".

Xəzər


Tarix: 7-12-2018, 09:28
Xəbəri paylaş





Xəbər lenti