Dünyanın ən güclü ordularının siyahısı açıqlanıb. Həmişə olduğu kimi siyahıya ABŞ rəhbərlik edir.
Cebhe.info “Business Insider”ə istinadən bildirir ki, ikinci yerdə Rusiya, üçüncüdə Çin, dördüncüdə Hindistan, beşincidə Fransa, altıncıda Britaniya, yeddincidə Şimali Koreya, səkkizinci yerdə isə Yaponiya durur.
9-cu yerdə Türkiyə Silahlı Qüvvələri dayanır. Sonrakı yerləri Almaniya, İtaliya, Misir və İran bölüşdürür.