Ermənistanda parlament seçkiləri kütləvi qanun pozuntuları şəraitində keçirilib


Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərində 144 qayda pozuntusu haqqında mesaj qeydə alınıb.

Trend-in erməni KİV-lərinə istinadən verdiyi məlumata əsasən, bunu polis polkovniki Aşot Sarkisyan Mərkəzi Seçki Komissiyasının mətbuat konfrası zamanı deyib.

"Polis bölmələrində 144 mesaj qeydə alınıb: 36-sı Yerevanda və 108-i bölgələrdə", - deyə Sarkisyan bildirib.

Tarix: 10-12-2018, 07:39
Xəbəri paylaş





Xəbər lenti