Kral Türkiyənin təklifindən imtina etdi: Qatili vermir


Kral Türkiyənin təklifindən imtina etdi: Qatili vermir

Səudiyyə Ərəbistanı jurnalist Camal Qaşıqçının qətlində ittiham olunan şəxsi Türkiyəyə verməkdən imtina edib. Cebhe.info xarici mətbuata istinadən bildirir ki, bu barədə krallığın xarici işlər naziri Adil əl-Cubeyr bildirib.

Onun sözlərinə görə, imtinanın səbəbi Səudiyyə hökumətinin həqiqəti tapmaq və heç nəyi gizləməmək istəyidir:"Türkiyə tərəfi bizim gözlədiyimiz qədər də açıq olmadı".

Xatırladaq ki, oktyabrda yoxa çıxan səudiyyəli jurnalistin öldürüldüyü bildirilsə də, hələ də onun cəsədi tapılmayıb. Türkiyə təfəri qətlə ittiham edilən şəxslərin Türkiyəyə verilməsini istəyir. Jurnalist İstanbuldakı konsulluqda öldürüldüyündən Türkiyə qətldə ittiham edilənlərin bu ölkədə mühakimə olunması tərəfdarıdır.

Tarix: 10-12-2018, 09:11
Xəbəri paylaş





Xəbər lenti