İran paytaxtı Tehranı sürüşmə və çökmə təhlükəsi gözləyir. Cebhe.info xəbər verir ki, bunu Almaniya Geoloji Araşdırmalar Mərkəzi bildirib. Mərkəzin məlumatına görə, Asiyanın 13 milyon əhalisi olan böyük şəhəri çökmə təhlükəsilə üz-üzədir. Artıq paytaxtın bəzi rayonlarında 25 sm sürüşmə qeydə alınıb. Bu isə binalara və kommunikasiya xətlərinə ziyan vurur. Buna səbəb yeraltı sulardır.
“Science Alert"də yer alan məlumata görə, Tehranda quraşdırılan ölçmə aparatları vasitəsilə 2003 və 2017-ci ilin müşahidə nəticələri müqayisə olunub.
Məlum olub ki, paytaxtın qərb ərazilərində ildə 25 sm, beynəlxalq aeroport yerləşən hissədə ildə azı 5 sm, şəhərin cənub-şərqində isə ildə 22 sm sürüşmə qeydə alınır. Bu isə şəhərin su təminatı üçün qazılan quyuların sayının artması ilə əlaqədardır. Belə ki, 2013-cü ildə 32 min quyu qazılıb. 1968-ci ildə isə bu rəqəm 4 min az idi. 1984-2011-ci illərdə yeraltı suyun həcmi 12 mert azalıb.