Görün, Paşinyan arvadı ilə necə arxayın izləyir səsvermənin gedişini...-FOTO






 

Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın arvadı Anna Akopyanla birgə dekabrın 9-dakı erkən parlament seçkilərinin gedişini evində izləməsinin görüntüləri yayılıb.  


Moderator.az xəbər verir ki, bu fotonu “Facebook” səhifəsində A.Akopyan paylaşıb. “Özümüzə  maraqlı əyləncə tapmışıq: səsvermənin nəticələrini izləyirik...” -  görüntüyə şərhdə işğalçı ölkə baş nazir əvəzinin arvadı belə yazıb...


P.S. Görün, qırmızı(!) qiyafəli Paşinyan və arvadı necə arxayınca izləyir səsvermənin gedişini... Bunu bir əyləncə(!) hesab edirlər...


Nikol tam arxayındır ki, ipini tutan super ağaları xeyir-duasını veriblər...


Sultan Laçın

Tarix: 10-12-2018, 23:08
Xəbəri paylaş





Xəbər lenti