Sarkisyandan HƏDƏ-QORXU: "Yadında saxla, Paşinyan, 1 il sonra..."


Sarkisyandan HƏDƏ-QORXU: "Yadında saxla, Paşinyan, 1 il sonra..."

Ermənistanda növbədənkənar parlament seçkilərində uduzan və deputat yeri qazana bilməyən  sabiq prezident Serj Sarkisyanın lideri olduğu Respublika Partiyası nəticələrdən narazıdır. Bunu isə ölkədə seçki ərəfəsində yaradılan təhdid şəraiti, nifrət atmosferi, hökumət başçısının şəxsi təzyiqi ilə əlaqələndirir.

Cebhe.info xəbər verir ki, bu barədə indiki parlamentin vitse-spikeri, respublikaçı deputat Eduard Şarmazanov deyib:"Bu proses demokratik deyil".

O ki qaldı nəticələrin tanınıb-tanınmamasına, partiya rəsmi bəyanatla çıxış edəcək:“Bircə şey aydındır. Paşinyanın bütün addımları boş sözlərdir. Bizim partiya haqqında bütün nekroloqlar boşdur. Biz göstərdik ki, hətta təhdid şəraitində 60 min nəfərin səsini ala bilirik. Yadında saxla, Paşinyan, bu 60 min bir il sonra 600 min nəfər olacaq".

Tarix: 11-12-2018, 07:40
Xəbəri paylaş





Xəbər lenti