“Sarı jiletlilər”dən sonra “qırmızı jiletlilər” - Radikal sağçılar Hollandiyada mitinqə hazırlaşır


Fransada günlərdir davam edən "sarı jiletlilər"in mitinqi Hollandiyaya da sıçrayıb. 

Musavat.com-un məlumatına görə, bu dəfə "qırmızı jiletlilər" aksiya keçiricəkləri barədə xəbərdarlıq ediblər. Xəbərdarlıq sosial şəbəkədə edilib və qeyd olunub ki, bazar günü Utrecht şəhərində hökumətə qarşı aksiya təşkil olunacaq. Mitinqə çağırış radikal sağçılar tərəfindən olunub və “qırmızı jiletlilər” hərəkatının başladığı ifadə edilib.

Açıqlamada Hollandiyanın baş naziri Mark Ruttenin illərdir davam edən uğursuz hakimiyyətinin sona çatması, yerinə sosial bir Hollandiya inşa edilməsi tələb olunub.

Tarix: 12-12-2018, 08:50
Xəbəri paylaş





Xəbər lenti