Tramp qiyam vəd etdi: "QORXMURAM"


Tramp qiyam vəd etdi: "QORXMURAM"

"Mən impiçmentdən qorxmuram, çünki qanunazidd heç nə etməmişəm". Cebhe.info xəbər verir ki, bunu Reuters-ə müsahibəsində ABŞ prezidenti Donald Tramp gözlənilən impiçmentlə bağlı deyib.

Ağ Ev rəhbəri qeyd edib ki, ölkədə iqtisadiyyatı ən yüksək səviyyəyə çatdırıb. O, impiçment olacağı təqdirdə məhkəməyə müraciət edib-etməyəcəyinə dair sualı belə cavablandırıb:“Mən bundan narahat deyiləm. Düşünürəm ki, bu baş verərsə, insanlar qiyam edər".

Xatırladaq ki, bundan əvvəl Tramp impiçment elan ediləcəyi təqdirdə bazarların çökəcəyinə dair xəbərdarlıq etmişdi.    

Tarix: 12-12-2018, 13:46
Xəbəri paylaş





Xəbər lenti