Təl-Əvivdə "sarı jiletlər" etiraz aksiyası zamanı 10 nəfər saxlanılıb
İsrailin Təl-Əviv şəhərində qiymətlərin artması ilə əlaqədar "sarı jiletlər" etiraz aksiyası keçirilib.Milli.Az
Trend-ə istinadən bildirir ki, elektrik enerjisinin, suyun və çörəyin qiymətinin artmasına qarşı keçirilən aksiya zamanı 10 etirazçı saxlanılıb.
Bildirilir ki, etirazçılar aksiya zamanı Təl-Əvivin əsas avtomobil yolu sayılan "Ayalon" şossesini bağlayıblar.Etiraz aksiyalarının iştirakçıları yanvar ayının 1-dən İsraildə elektrik enerjisi və su tariflərinin 7 faiz, çörəyin qiymətini 3,5 faiz artması ilə əlaqədar etiraz edirlər.
Tarix: 14-12-2018, 23:50