İsrail Avstraliyanın “Qərbi Qüds” qərarından narazıdır


İsrail Avtraliyanın yalnız Qərbi Qüdsü İsrailin paytaxtı kimi tanımasından narazılığını ifadə edib.

Baş nazir Benyamin Netanyahu İsrailin bütün şəhərə nəzarət etmədiyi təsəvvürünün oyadılmasının yanlış olacağını bildirib.

“Reuters”in verdiyi məlumata əsasən, B.Netanyahu ümumilikdə rəsmi Kanberranın (Avstraliyanın paytaxtı) son qərarı ilə bağlı Nazirlər kabinetinin son iclası öncəsində danışmamağa üstünlük verib.

İsrial Xarici İşlər Nazilriyi isə Avstraliyanın qərarının “doğru yolda addım” olduğunu bildirməklə kifayətlənib.
Lakin Netanyahunun Regional əməkdaşlıq üzrə naziri və baş nazirin hakim “Likud” partiyasındakı etibarlı nümayəndəsi Tsaçi Haneqbi Avstraliyanı açıq şəkildə tənqid edib: “Təəssüflər olsun ki, bu cür müsbət xəbərdə onlar səhvə yol verirlər. Şəhərin Qərb və Şərq hissəsi arasında heç bir ayrılıq yoxdur. Yerusəlim (Qüds) bütündür və İsrailin ordakı nəzarəti əbədidir. Bizin suverenliyimiz iki yerə bölünə bilməz. Ümid edirik ki, Avstraliya səhvini tezliklə düzəldəcək”.

 

Tarix: 16-12-2018, 23:11
Xəbəri paylaş





Xəbər lenti