TÜRKİYƏ ABŞ-IN PLANINI BOŞA ÇIXARDI

 Türkiyə prezidenti R.T.Ərdoğanın açıqlamasından sonra Türkiyədə dərc edilən “Akşam” qəzetində təqaüddə olan polkovnik və təhlükəsizlik məsələləri üzrə ekspert Coşkun Başbuğun Fərat çayının şərq sahilindəki teror təşkilatlarına qarşı əməliyyatla bağlı fikirləri dərc edilib. O, ABŞ-ın Peşmərgə həmləsi barəsində belə deyib: “Biz sərhədimizin düz yanında yerləşən bir təşkilata qarşı mübazirə aparırıq. Bu təşkilatın adı YPG/PKK-dır. Bunlar terror təşkilatlarıdırlar. Onların əsas məqsəd və hədəfləri Türkiyədir.
Bölgəyə Peşmərgə yerləşdirmə prosesindən əvvəl Amerika belə açıqlama vermişdi: “YPG siyasi təşkilatdır. PKK ilə əlaqəsi yoxdur”. Burada terrorçuların başına qoyulan mükafat məsələsinin əsl məqsədi ortaya çıxdı. Yəni mükafat qoyulmasında məqsəd belədir: “Mən Qəndil məsələsində səninlə həmrəyəm. Səninlə ortaq hərəkət edirəm. Lakin sən də gəl bu YPG-nin siyasi təşkilat olduğunu qəbul elə”. Lakin Türkiyə ABŞ-ın planını boşa çıxardı. Amerika “şarını uçurmağa” macal tapmamış, Türkiyə onu əlində partlatdı. İndi ABŞ-a yeni bir proses lazımdır. Həm Fərat çayının şərqində aparılacaq əməliyyatı gecikdirmək, həm də bu bölgədə zaman qazanmaq üçün. Bunu təmin eləmək üçün Peşmərgə də oyuna daxil edildi. Burada Peşmərgə adından xüsusilə istifadə edilir. Çünki ABŞ-ın dünyaya göstərmək istədiyi mənzərə belədir: “Sən burada PKK/YPG var deyirdin, indi onları da geri çəkdik. Təhlükəsizliyi təmin eləmək üçün bu bölgəyə yeni qüvvələr gətirdik. Daha nə istəyirsən?” şəklində siyasi hava yaratmaq istəyir. Lakin o, Peşmərgə adlandırdıqları da yenə PKK/YPG-nin uzantısı olan tiplərdirlər. Adına kağız üzərində Peşmərgə deməklə, yaxud da geyimlərini dəyişməklə, Peşmərgə olmayacaqlar. Zatən şimalda Barzani, Talabani ilə bağlı ciddi problemlər də vardır. Dolayısı ilə, bunların hamısını gözdən keçirdiyiniz zaman edilən əməllər əsla səmimi deyil. Bu işlər yalnız prosesi uzatmaq, Türkiyəni ləngitmək üçün aparılır. Görüntü yaratmaq üçündür. Bunu Türkiyə əsla qəbul etməyəcək. Yəni bizim Fərat çayının şərqində həyata keçirmək istədiyimiz plan, təqvim necədirsə, olduğu kimi həyata keçəcək. Belə bir addımı atması, belə bir təşkilatı meydana çıxarması Amerikanın dəvəquşu kimi başı qumda ikən bizim üzərimizdə planlar qurması deməkdir. Bunu bacaracaqlarını düşünürlər. Bu plan Türkiyə tərəfindən yoxmuş kimi qəbul edilir”.
Hurriyyet.org
Tarix: 19-12-2018, 20:39
Xəbəri paylaş





Xəbər lenti