Erməni Kilsəsi də Moskvadan ayrılır?-“Yeni Ermənistan, yeni patriarx”


Erməni Kilsəsi də Moskvadan ayrılır?-“Yeni Ermənistan, yeni patriarx”

Erməni Apostol Kilsəsi ilə Paşinyan hökuməti arasındakı ziddiyyətlər artır.

Artıq Ermənistanın siyasi dəhlizlərində yeni termin işlənməyə başlayıb. “Yeni Ermənistan, yeni patriarx” adlanan bu ifadə parlament seçkilərindən sonra formalaşan yeni hakimiyyət dövründə Erməni patriarxı II Qareginin istefaya göndərilməsini, yerinə isə hazırda baş nazir vəzifəsinin icra edən Nikol Paşinyana daha loyal bir şəxsin gətirilməsini nəzərdə tutur. 

Dekarbrın 15-də Ukrayna Aftokefal Kilsəsinin öz müstəqilliyini rəsmən elan etməsindən sonra Ermənistanda baş verənlər Eçmiədzindəki Patriarxlığın da çox keçmədən Rus Pravoslav Kilsəsi ilə yollarını ayıracağını söyləməyə əsas yaradır. Çünki rəsmi Moskva üçün Rus Apostol Kilsəsinin fəaliyyəti daha çox digər pravoslav xalqları siyasi asılılıqda daşımaq məqsədi daşıyır. Qərbyönümlü siyasət yürüdən Nikol Paşinyanın da belə davam edərsə, Rusiyanın Ermənistan üzərində təsirini azaltmaq üçün Eçmiədzindəki kilsəni aftokefal elan edəcəyini gözləmək olar. Lakin buna nail olmaq üçün Nikol Paşinyan öncə, Erməni katalikosu II Qaregini tutduğu postdan uzaqlaşdırmalıdır.

İyun ayından bəri II Qareginə qarşı davam edən etirazlara baxmayaraq, o, tutduğu postdan imtina etmək istəmir və istefa tələbini Kilsə Şurasının qərarına zidd hesab edir. Paşinyan isə II Qaregini dini siyasi cəhətdən ləkələməkdə ittiham edir. Eyni zamanda, erməni katalikosu korrupsiyaya yol verməkdə suçlanır. Son proseslər isə N.Paşinyanın daha mox Livandakı Müqəddəs Kilikiya katalikosluğuna meyil göstərdiyini demək olar. Dekabrın 18-də Müqəddəs Kilikiya Evinin katalikosu I Aramın nümayəndələri İrəvana gələrək seçkilərdəki qələbə münasibətilə N.Paşinyanı təbrik edib. Diqqəti cəlb edən isə Kilikiya Patriarxlığının nümayəndələri ilə görüşdə II Qareginin iştirak etməməsi olub. Bu isə münasibətlərin kifayət qədər gərginləşməsindən xəbər verir. 

Bu arada Ermənistan Vəkillər Palatasının sədri Ara Zöhrabyan facebook sosial şəbəkəsində paylaşdığı açıqlamasında “Yeni Ermənistan, yeni patriarx” təşəbbüsünü tənqid edib: “Ermənistan Respublikası Konstitusiya səviyyəsində Erməni Apostol Kilsəsinin müstəqil missiyasını erməni xalqının mənəvi həyatında milli bir kilsə olaraq qəbul edib. Kilsə özünün idarəetmə sistemi sayəsində bu sınaqlara və zərbələrə tab gətirə bilib. Belə təəssürat yaranır ki, “Yeni Ermənistan, yeni patriarx” təşəbbüsü sanki hansısa şəxsə qarşı yönəlib. Əslində, bu təşəbbüsün hədəfində kilsənin özünü idarəetmə sistemi dayanır. Əgər hətta təşəbbüsün iştirakçıları səmimi məqsədləri rəhbər tutur və hesab edir ki, bütün ermənilərin Katalikosuna ziyan vuracaq, o halda zərbə kilsənin özünü idarəetməsinə dəyəcək. 

 Erməni Apostol Müqəddəs Kilsəsinin ali orqanı milli məzhəbi məsələləri həll edən, Bütün ermənilərin Katolikosunu seçmək səlahiyyətinə malik, kanonik, ibadət və digər məsələlərlə bağlı qərarlar qəbul edən Kilsə Milli Şurasıdır. Mitinqlər və ya digər ictimai tədbirlərin köməyi ilə Kilsənin daxili həyatına təsir etmək olmaz. Buna ehtiyac yoxdur və dövlət hakimiyyətinin qolları ilə də edilə bilməz. 

“Yeni Ermənistan, yeni patriarx” təşəbbüsü Erməni Apostol Kilsəsinin özünün idarəçiliyinə qarşı yönəlib”-Zöhrabyan belə qeyd edib. 

Yaranmış vəziyyəti şərh edən politoloq Qabil Hüseynlinin sözlərinə görə, II Qaregin Robert Koçaryanın və Serj Sarkisyanın prezidentliyi illərində ictimai nüfuzunu itirmiş bir adam kimi tanınır. İndi Paşinyanın tərəfdarları hesab edir ki, yeni Ermənistan yaranıb. Bu baxımdan, II Qaregin öz postunu təhvil verməlidir: “Bir dəfə hətta onu Eçmiədzin kilsəsindəki xüsusi iqamətgahından çıxartmağa çalışmışdılar. Ona görə də hesab edirəm ki, Ermənistanda II Qareginin ətrafında baş verən hadisələr onun nüfuzdan düşməsi ilə qırılmaz surətdə bağlıdır. Erməni Apostol Kilsəsi ilə Kilikiya Kilsəsi arasındakı əlaqələr həmişə formal xarakter daşıyıb. Bu gün hökumətin qarşısında duran əsas məqsəd II Qareginin istefaya məcbur edilməsidir. Bütün proseslər də buna yönəlib. Paşinyanın da bununla bağlı təlimatlarının olduğu istisna edilmir. Onlar istəyirlər ki, daha nüfuzlu və onların təbirincə desək, daha təmiz imicə malik bir din xadimini Erməni Apostol Kilsəsinə başçı seçsinlər. Amma II Qaregin seçki yolu ilə katalikos olduğuna görə, dirəniş nümayiş etdirir”. 

Qabil Hüseynli onu da bildirdi ki, Rusiya Apostol Kilsəsi II Qareginə gizli dəstək verəcək. Həmişə II Qareginlə əməkdaşlıq etmiş Rus Apostol Kilsəsi bundan sonra da onun bu postda qalmasına çalışacaq. //Cebhe.info//


Tarix: 19-12-2018, 20:53
Xəbəri paylaş





Xəbər lenti