Fransa Trampın qərarına münasibət bildirdi: “BİZ İSƏ SURİYADAN ÇIXMAYACAĞIQ”
Fransa ABŞ prezidenti Donald Trampın Suriyanı tərk eləmək qərarına etirazını və öz hərbçilərini ölkədən çıxarmayacağını bildirib.ABŞ prezidentinin Amerika hərbçilərini Suriyadan çıxarmağa başlaması qərarı müttəfiqlərini çaşdırıb. İngiltərənin ardından Fransanın müdafiə naziri də Suriyada İŞİD-in zəiflədiyini, lakin xəritədən silinmədiyini bəyan edib. Fransanın müdafiə naziri Florans Parli Tramp kimi məsələyə münasibətini “Tvitter” şəbəkəsində bildirib, İŞİD-in həmişəkindən daha zəif olduğunu söyləyərək deyib:
“Lakin İŞİD nə xəritədən silinib, nə də kökü kəsilib. Bu terror təşkilatı əlində olan son torpaq parçalarında da tamamilə hərbi məğlubiyyətə uğradılması lazımdır”.Hurriyyet.org
Tarix: 20-12-2018, 21:29