Gürcüstanda dövlət tibbi sığortasına nələr daxildir? – İQTİSADÇI


Gürcüstanda dövlət tibbi sığortasına nələr daxildir? – İQTİSADÇI

“Gürcüstanda aylıq gəliri 900 lari (346 dollardan, ya da bizim 588 manat ekvivalentində) və aşağı olanlar, daimi işləri olmayan vətəndaşlar dövlət tibbi sığortasından yararlana bilirlər”.

Cebhe.info xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Nazim Baydəmirli deyib.

O bildirib ki, bu paketdə ailə həkimindən pulsuz, digər həkimdən isə 70% dövlət qarşılamaqla müayinə olunmaq, təcili yardımla gətirilərək stasionarda tam pulsuz müalicə daxildir:

“Həmçinin şəxsin özü müraciət edibsə, profilaktika üçün - elektrokardioqramma pulsuz olur. UZİ və ona bənzər müayinələrin 70%-ni, analizlərinin də 50%-ni dövlət qarşılayır. Hər il bir dəfə şəxs öz istəyi əsasında profilaktik stasionar müalicədən 500 lari (188 dollar və ya 320 manat ekvivalenti) məbləğdə tam pulsuz yararlana bilər”.

Ekspert həmçinin qeyd edib ki, 2019-cu il üçün Gürcüstanın dövlət büdcəsinin 9.1% səhiyyə xərcləri təşkil edəcək, Azərbaycanda isə bu rəqəm 4.2% proqnozlaşdırılır.

Qeyd edək ki, 2 gün əvvəl prezident İlham Əliyev Azərbaycanda icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında fərman imzalayıb.
Fərmanda qeyd edilir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi (bundan sonra - TƏBİB) yaratsın və həmin publik hüquqi şəxsin təsisçisinin “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Qanununun 8.2-ci maddəsində qeyd edilən səlahiyyətlərini həyata keçirsin.

Tarix: 22-12-2018, 15:12
Xəbəri paylaş





Xəbər lenti