Fransa prezidenti “sarı jiletlilər”i ən sərt cəzalarla hədələyib


Fransa prezidenti Emmanuel Makron ölkə hökumətinin “sarı jiletli”lərin nümayişləri sırasında iğtişaş törədənlərə qarşı ən sərt tədbirlərin görüləcəyini bildirib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, o, bunu Çada (Afrika) gerçəkləşdirdiyi rəsmi səfəri zamanı bəyan edib.

“Mən diqqətlə ölkədə son günlərdə baş verən hadisələri izləyirəm. Bununla bağlı hər gün daxili işlər nazirindən məlumat alıram. Fransa ədalətinin hüquq pozucularına qarşı sərt tədbirlər görəcəyinə heç kim şübhə etməsin”, - deyə Emmanuel Makron bəyan edib.

Fransa lideri ölkəsinin hazırda qayda-qanuna və sakitliyə ehtiyacı olduğunu bildirib: “Ölkənin vacib kollektiv hədəflərə irəliləmək yolunda ümumi razılıq və vəhdətə ehtiyacı var. Buna görə də ziddiyyətləri aradan qaldırmaq vaxtıdır”.

Qeyd olunur ki, şənbə günü baş verən nümayişlər zamanı həbs olunanların sayı 220 nəfərə yükəslib. Ümimilkdə etirazların gedişində 10 nəfərdən çox vətəndaş həlak olub.

Emmanuel Makron isə Çadın Ncamen şəhərində bölgədəki antiterror əmliyyatlarında iştirak edən Fransa silahlı qüvvələrinin hərbi bazasını ziyarət edib.

Tarix: 23-12-2018, 16:55
Xəbəri paylaş





Xəbər lenti