İsrail ABŞ-dan sonra Suriyada İrana qarşı müqavimətini gücləndirməyə hazırdır


İsrail ABŞ Silahlı Qüvvələrinin Suriyadan çıxmağa dair bəyanatından sonra, lazım gələrsə, İranın ərəb respublikasında möhkəmlənməsinə qarşı müqavimətini fəallaşdırmağa hazırdır.

“Report” TASS-a istinadən xəbər verir ki, bu bəyanatla bazar günü yəhudi hökumətinin həftəlik iclasında baş nazir Binyamin Netanyahu çıxış edib.

"İki min Amerika əsgərinin Suriyadan çıxarılması qərarı bizim davamlı siyasətimizi dəyişməyəcək: biz İranın Suriyada hərbi meydan yaratma cəhdlərinə qarşı müqavimətimizi davam etdirəcəyik və əgər lazım gələrsə, hətta orada öz fəaliyyətimizi genişləndirəcəyik", - deyə İsrail hökumətinin başçısı bildirib.

Daha əvvəl Ağ Evin mətbuat katibi Sara Sanders ABŞ qoşunlarının Suriyadan çıxarmağa başladığını məlumat verib.

Tarix: 24-12-2018, 07:21
Xəbəri paylaş





Xəbər lenti