Dekabrın 25-də Rusiyanın İrəvandakı səfirliyi qarşısında etiraz aksiyası keçiriləcək. Cebhe.info erməni mətbuatına istinadən bildirir ki, aksiyanı ölkədə fəaliyyət göstərən bir sıra siyasi təşkilatlar təşkil edir.
Aksiyaya səbəb Gümrüdəki 102 saylı Rusiya hərbi bazası, bazanın hərbi qulluqçularının davranışlarıdır. Aksiya təşkilatçıları hesab edir ki, baza və Rusiya hərbçiləri Ermənistan vətəndaşlarının təhlükəsizliyinə təhdiddir.
Aksiyadan sonra səfirliyə petisiya təqdim ediləcək. Aksiyaların davamlı olacağı gözlənilir.