ABŞ-da Trampı «milli təhdid» adlandırıblar – «The New York Times»
Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp ABŞ milli təhlükəsizliyini ixtiyari xarici rəqibdən daha artıq təhdid altına alır. Bu barədə «The New York Times» qəzeti yazıb.Qəzet qeyd edir ki, milli təhlükəsizlik sahəsində mühüm qərarların qəbulu prosesi 1947-ci ildə «Milli təhlükəsizlik haqqında» qanunun qəbulundan ötən müddət ərzində ilk dəfə ən kobud şəkildə pozulub. Qəzet belə vəziyyətin dövlət üçün təhlükəsini önə çəkməklə,
qeyd edir ki, bu təhlükə Trampın ABŞ ordusunu Suriya və Əfqanıstandan çıxarmaq barədə «ağılsız və təkbaşına» qərarlarında özünü göstərir.Materialda deyilir ki, bu qərar ABŞ-ın müttəfiqlərini və konqresi qəflətən «yaxalayıb» və Trampın müşavirlərinin mövqeyi ilə ziddiyyət təşkil edir. Qəzet Trampın bu qərarını ABŞ-ın rəqiblərinə,
ilk növbədə, Rusiya və İrana «yeni il» hədiyyəsi adlandırıb.Nəşr onu da önə çəkir ki, ABŞ hərbi qüvvələrinin Suriyadan tamamilə çıxarılması «kürd birləşmələrini» Türkiyənin mümkün hücumları qarşısında zəif salacaq.
Tarix: 25-12-2018, 06:41