“Mossad”ın keçmiş rəhbərindən sensasiyalı açıqlama: “Trampa hakimiyyət gəlmək üçün ruslar kömək edib”


bitmap-img6




İsrailin “Mossad” olaraq daha çox tanınan təhlükəsizlik və xarici kəşfiyyat xidmətinin keçmiş rəhbəri Tamir Pardo bu gün sensasiyalı açıqlama verib.

Musavat.com xarici mətbuata istinadən xəbər verir ki, T.Pardo Rusiyanın “Trampın özü üçün ən uyğun namizəd olduğuna dair qərarını verdiyini və onun prezident olması üçün əlindən gələni etdiyini” söyləyib.

İsrailin “Haaretz" qəzetinin verdiyi xəbərə əsasən, Tamir Pardo Rusiya kəşfiyyatının ABŞ-da 2016-cı ildə keçirilən seçkilərdə seçicilərin rəylərin Trampın lehinə yönəltmək məqsədilə sosial şəbəkələlərdə on minləlrə botdan (saxta hesab) istifadə etdiyini bildirib. Lakin israilli kəşfiyatçının fikrincə, Kreml bunu Trampın özlərinin ən yaxın dostu olduğu üçün deyil, tamamilə başqa və daha böyük səbəblərə görə həyata keçirib.

“The Marker” saytının rəqəmsal konfransında danışan Tamir Pardo deyib: “Rusiya Vaşinqtondakı siyasi xəritəni gözdən keçirirərək, "Ağ Evdə kimin oturmasını istəyə bilərik, hədəflərimizi gerçəkləşdirməyə hansı namizəd kömək edə bilər” düşüncəsi ilə Trampın üzərində qərar verib”.
Tarix: 26-12-2018, 07:40
Xəbəri paylaş





Xəbər lenti