“İnqilab kralı”nın yeni hədəfi: SEÇİLİB


“İnqilab kralı”nın yeni hədəfi: SEÇİLİB

Fransanı aşağılayacaq açıqlamalar verdi”

Dünyada “inqilab kralı” kimi tanınan milyarder Corc Sorosun adı bu dəfə də Fransada başlayan “sarı jiletlilər” hərəkatında hallanır. İddia olunur ki, Fransada başlayan, sonradan Belçika və Tunisə sıçrayan “sarı jiletlilər” hərəkatının arxasında məhz Corc Soros dayanıb. Bu günə qədər Sorosun dünya ölkələrində baş verən bir çox inqilabların maliyyə dəstəkçisi, rəhbəri olduğu məlumdur. Digər tərəfdən, “sarı jiletlilər” aksiyasının bütövlükdə Avropanı əhatə edəcəyi deyilir. Fransada müşahidə olunan  prosesin gedişatı da bunu deməyə əsas verir. Maraqlıdır, “sarı jiletlilər” aksiyası hara qədər uzanacaq? Bu layihənin də Sorosa məxsus olması barədə iddialar doğrudur?

“Burada ABŞ-ın da müəyyən maraqları var”

“Cümhuriyət” qəzetinə şərhində politoloq Natiq Miri bir sıra maraqlı məqamlara toxunub. N.Miri hesab edir ki, Fransada baş verənlər qlobal maliyyə təşkilatlarının mübarizəsinin nəticəsidir:

“Sarı jiletlilər” qısa zaman sonra artıq siyasi çalarlarla çıxış etməyə başladı. Nəticədə Fransa hökumətinin və prezident Emmanuel Makronun istefası tələb olundu. Bu faktın özü də göstərdi ki, bu aksiyalarda həm iqtisadi, həm də siyasi maraqlar var. Bu aksiyalar idarə olunan prosesdir. Bu prosesin arxasında hansısa maliyyə şəbəkəsinin olduğu üzə çıxdı. Birbaşa prezident Makronun hədəfə gəlməsi də təsadüfi deyil. Çünki Makron özü böyük “ROD” maliyyə şəbəkəsinin üzvü olub. Belə bir şəxs gənc yaşında Fransada nazir və sonradan prezident olması təsadüf hesab olunacaq hadisə deyil. Ona görə də məhz “ROD” maliyyə şəbəkəsinə qarşı olan digər dünya maliyyə güclərinin Fransadakı hadisələrə dəstək verdiyini görmək olar. Hesab edirəm ki, “sarı jiletlilər” hərəkatını bu istiqamətdə dəyərləndirmək daha doğru olar. Bu gün qlobal mübarizə gedir və bu mübarizənin mərkəzində Avropa ölkələri, xüsusilə də Fransa seçilib. Burada ABŞ-ın da müəyyən maraqları var. Avropa Ordusu yaratmaqla bağlı təşəbbüskar çıxışından sonra ABŞ prezidenti Makronu və Fransanı aşağılayacaq açıqlamalar verdi. Hesab edirəm ki, baş verən hadisələr bir-birinə bağlıdır”.

“Türkiyədə də belə prosesin başlamasını istəyənlər var”

Natiq Miri “sarı jiletlilər” hərəkatının kökündə Sorosun dayandığını istisna etməyib: 

“Fransa keçmişdə də müstəmləkəçi ölkə olub. Bu gün də Fransanın həm Yaxın Şərqdə, xüsusilə də Suriyada və hətta Afrikada geosiyasi maraqları var və bu istiqamətdə çox ciddi fəaliyyət göstərir. Təbii ki,  ABŞ başda olmaqla, bir çox maliyyə şəbəkələri bu bazarlardan Fransanı  sıxışdırıb çıxarmaq istəyir. Əslində Fransada gedən prosesləri bu istiqamətdə də dəyərləndirmək lazımdır. Bu prosesdə anti-yəhudi məsələsi də müşahidə olunmaqdadır. “Sarı jiletlilər” aksiyası zamanı  Parisdə anti-semit və yəhudilərin əleyhinə şüarların səsləndirilməsi, Makronun “yəhudi layihəsi” olması ilə bağlı fikirlər göstərdi ki, bu prosesin arxasında çox ciddi iqtisadi-siyasi maraqlar və maliyyə şəbəkələri dayanır. Amma birmənalı olaraq bu aksiyaların arxasında milyarder Corc Sorosun dayandığını demək çətindir. Çünki bunun üçün konkret kəşfiyyat məlumatları olmalıdır. Birmənalı şəkildə demək olar ki, bu hərəkat  iqtisadi maraqların toqquşmasından meydana çıxıb. 

Bununla da Makronu devirməklə Avropanın güclü dövləti olan Fransanı ələ keçirmək istəyirlər. Doğrudur, Fransa sağ radikal təmayüllü partiyalar da bu aksiyalardan istifadə edib Makronu devirməyi və erkən prezident seçkilərinə getməyi planlaşdırırlar. Bu cür maraqların da olduğu görünür. Ancaq düşünürəm ki, bunlar sonradan ortaya çıxan qruplardır. “Sarı jiletlilərin” birbaşa olaraq qlobal layihə olduğu açıq ortadadır. Bu layihənin arxasında duran qlobal maliyyə şəbəkələri etirazları digər ölkələrə də sıçratmaq istəyirlər. Hətta Türkiyədə də belə bir prosesin başlamasını istəyənlər var. Onlar  milliyyətçi siyasət aparan AKP-MHP birliyini gözdən salmaq və iqtidarı dəyişmək üçün planlar hazırlayırlar”.

Vilayət Muxtar
Cebhe.info

Tarix: 26-12-2018, 21:09
Xəbəri paylaş





Xəbər lenti