Tender üsulu ilə işğala davam
“MƏN ONLARA DEDİM Kİ, ƏGƏR BİZİM SURİYADA QALMAĞIMIZI İSTƏYİRSİNİZSƏ, BUNUN BAHASINI ÖDƏMƏLİSİNİZ”
Hurriyyet.org xəbər verir ki, ABŞ-ın dinc vətəndaşları qətlə yetirməsi ilə məşhur olan özəl təhlükəsizlik şirkətlərindən olan “Blackwater”, “Recoil” jurnalının son sayında bir elan yerləşdirib. Elandakı “Gəlirik” ifadəsi “ABŞ-ın tərk edəcəyi yerlərə muzdlu hərbçilər göndəriləcək?” sualını doğurub.
ABŞ Blackwater qüvvələrindən İraqın işğalında və Suriyada istifadə edib.
Rusiyanın Hərbi Elmlər Akademiyasının professoru Dergey Sudakov “RİA Novosti” agentliyinə müsahibəsində deyib: “İndiki vəziyyət eynilə 2000-ci illərin ikinci yarısında İraqın vəziyyətini xatırladır. Amerika hökuməti qoşunların tamamilə və ya qismən çıxarıldığını dəfələrlə elan etsə də, bu ölkədə hərbi varlığını saxlamağa davam edib. Əsgərlər evə yollanıblar, lakin Özəl Hərbi Şirkətlərin əməkdaşları gəliblər. Onlara görə isə Pentaqon hesabat verməyə məcbur deyil. Eyni şey Suriyada da baş verəcək. Dövlət hərbçilərini muzdlular əvəz edəcək, onlar isə YPG və Amerika aviasiyasının dəstəyi ilə daimi ordu qədər effektli fəaliyyət göstərəcəklər”.
Ekspertin sözlərinə görə, ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Cozef Danford və müdafiə naziri Ceyms Mattis nahaq yerə məhz indi, dekabrda istefa verməyiblər. Onların hər ikisi hərbi hissələrin Suriyadan çıxarılmasına, Özəl Hərbi Şirkətlərin müasir hərbi münaqişələrdəki roluna qətiyyətlə qarşı idilər. Hər ikisi – dəniz piyadası Korpusundan çıxıblar, hər ikisi bir çox beynəlxalq məsələlərin güc yolu ilə həllinin qızğın tərəfdarlarıdırlar.
Regionda qalmaq tərəfdarı olan ABŞ müdafiə naziri Ceyms Mattisin istefasının ardından verilən bu elanı dəyərləndirən mütəxəssislər ABŞ-ın Suriya və Əfqanıstandakı müqavilə və öhdəliklərdə özəlləşdirməyə gedə biləcəyini irəli sürüblər.
İraqda məsumları qətlə yetirdilər
Blackwater şirkətinin muzdlu hərbçiləri 2007-ci ildə Bağdadın Nisur meydanında qarşılarına çıxan dinc vətəndaşlara atəş açaraq 14 nəfər mülki şəxsin ölümünə səbəb olmuşdular. Dünya ictimaiyyətinin sərt etirazlarından sonra Blacwater şirkətinin muzdluları məhkəməyə verilmişdi. 34 nəfərin şahidlik eləməsinə rəğmən, ABŞ məhkəməsi Pol Elvin Slau, Evan Şon Liberti, Dastin Loran Herd və snayper Nikolas Slatten haqqında qəti qərar verə bilməyib. 11 illik fasilədən sonra Slatten barəsində çıxarılan hökm qətiləşdi, hərəsi 30 il həbs cəzası alan digər hərbçilərin ayrı-ayrı mühakimə edilməsinin lazım olduğu qərarı verilərək, onların 30 illik həbs cəzaları ləğv edildi.
Həmin dövrdə Nümayəndələr Palatasında hazırlanan hesabatda “Blakvotə”nin qarşısına çıxan adamları vuran, içki və narkotikdən istifadə edən yüzlərlə muzdlunu işdən qovduğu bildirilmişdi.
Tender üsulu ilə işğal
İraqda günahsız insanları qətlə yetirən “Blacwater” şirkətinin qurucusu Erik Prins Yaxın Şərqdəki müharibənin özəlləşdirilməsi tərəfdarlarının başında gəlirdi. 2010-cu ildə şirkəti satmış Prinsin ABŞ prezidenti Donald Tramp ilə münasibətləri çox yaxşıdır. Prinsin 58 yaşlı bacısı Betsi Devos Tramp tərəfindən təhsil naziri olaraq seçildi. Nazir Devos eyni zamanda 5,1 milyard dollarlıq sərvət sahibidir.
Muzdluların haqqını kim ödəyəcək? “Ödəməyə razıyıq”
ABŞ-ın Suriyadan çıxacağını eşidən Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi bin Salman ödəniş eləməyə razı olduğunu Trampa bildirib.
YPG/PKK terror təşkilatına və onun şaxəsi olan SDQ-yə yardımlar etdiyi iddia olunan bin Salman ABŞ prezidentinin qərarından qısa müddət sonra “Suriyanın yenidən inşası" üçün ödəniş eləməyə hazır olduğunu bildirib. Mətbuatda bu addım Riyad iqtidarının terror təşkilatınının tək buraxılmasını istəməməsi kimi şərh edilib.
2018-ci ilin aprel ayında D.Tramp Ağ Evdəki açıqlamasında demişdi: “SƏUDİYYƏ ƏRƏBİSTANI BİZİM QƏRARIMIZLA ÇOX YAXINDAN MARAQLANIR VƏ MƏN ONLARA DEDİM Kİ, ƏGƏR BİZİM SURİYADA QALMAĞIMIZI İSTƏYİRSİNİZSƏ, BUNUN BAHASINI ÖDƏMƏLİSİNİZ”.
14 dekabr tarixində Türkiyə prezideni R.T.Ərdoğanla amerikalı həmkarı Trampın telefon söhbətindən sonra ABŞ prezidenti öz hərbçilərini Suriyadan “tamamilə və sürətli şəkildə” çıxaracağını bəyan eləmişdi.
Bu qərardan qısa müddət sonra Səudiyyə Ərəbistanı “Suriyanın yenidən inşası” üçün ödəniş eləməyə razı olduğunu D.Trampa bildirdi.