«Almaniya Avropada nüvə raketlərinin yerləşdirilməsinə imkan verməyəcək» – XİN başçısı
«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amaniyanın xarici işlər naziri Hayko Maas «DPA» agentliyinə verdiyi müsahibədə belə bir fikir səsləndirib ki, orta və qısa mənzilli raketlərin ləğvi barədə müqavilənin (OQMRL) pozulacağı təqdirdə, Berlin Avropada nüvə raketlərinin yerləşdirilməsinin əleyhinədir.«Avropa heç vəchlə silahlanmanın gücləndirilməsi barədə debatların səhnəsinə çevrilməməlidir. Yeni orta mənzilli raketlərin yerləşdirilməsi Almaniyada böyük müqavimətlə qarşılaşacaq» – deyə, «Tiroler Tageszeitung» qəzeti ondan sitat gətirir.
Almaniya XİN başçısı izah edib ki, silahlanmanın gücləndirilməsi məntiqi soyuq müharidə dövründə meydana gəlib və keçmiş siyasət «müasir dövrün suallarına cavab verməyə kömək etməz».
«Nüvə silahlanmasının gücləndirilməsi, tamamilə doğrudur ki, düzgün cavab deyil» – Maas bildirib.
Oktyabr ayında Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp ölkəsinin OQMRL barədə müqavilədən çıxmaq və yeni silahlar işləyib hazırlamaq niyyətində olduğunu bəyan edib. Buna səbəb kimi, amerikalı lider guya, sözügedən müqavilənin Rusiya tərəfindən pozulduğunu iddia edib.
Rusiyada isə dəfələrdə diqqətə çatdırıblar ki, məhz Vaşinqton dünyanın hər yerində raket əleyhinə müdafiə (RƏM) sisteminin elementlərini yerləşdirir.
Dünya birliyi Trampın bu addımının əleyhinə çıxış edir.
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin isə bəyan edib ki, sözügedən sazişin pozulmasının əleyhinədir, ancaq Birləşmiş Ştatlar müqavilədən çıxdıqdan sonra Avropaya orta və qısa mənzilli raketlər göndərsə, Rusiya da bunun «güzgü əksi» cavabını verməyə məcbur olacaq.
Məlumat üçün bildirək ki, orta və qısa mənzilli raketlərin ləğvi barədə müqavilə 1987-ci ildə SSRİ və ABŞ arasında bağlanıb. Tərəflər öz üzərinə qanadlı və ballistik yerüstü orta (-1,5 min km.) və qısa (0,5-1,0 min km.) mənzili raketlərin bütün komplekslərini ləğv etmək və gələcəkdə onları istehsal etməmək, sınaqdan keçirməmək və yerləşdirməmək öhdəliyini götürüb.
Tarix: 27-12-2018, 08:24