İranın Fars News informasiya agentliyi İnqilab Keşikçiləri Korpusunun “Əl-Qüds” briqadasının komandiri, məşhur general Qasım Süleymaninin öldürüldüyü barədə İsrail KİV-lərində yayılmış şayiələri təkzib edib.
"İslam inqilabına qarşı çıxan KİV-lər çərşənbə günü general Süleymaninin həlak olması haqda xəbər dərc etdilər. Xüsusi təyinatlı “Əl-Qüds” briqadasının başçısı isə bu səhər imam Xomeyni məscidinə gəldi", - agentliyin xəbərində deyilir.
Virtualaz.org bildirir ki, agentlik, həmçinin Süleymaninin digər yüksək rütbəli İran hərbçiləri və siyasətçiləri ilə birlikdə, Qəbul edilən qərarların məqsədəuyğunluğu üzrə Şuranın (İranın Ali rəhbəri yanında məsləhətçi orqan) başçısı, ayətullah Xameneinin varisi hesab edilən ayətullah Haşemi Şahrudinin dəfnindən cümə axşamı çəkilmiş fotoşəklini dərc edib.