Qərbdən Rusiyaya növbəti zərbə



Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətinin uzadılması barədə qərar qəbul edib.

Teleqraf.com "RİA Novosti"yə istinadla xəbər verir ki, qərar 2019-cu ilin iyulun 31-nə qədər qüvvədə olacaq.

Məlumatda qeyd olunur ki, qərar Avropa İttifaqının rəsmi jurnalında dərc olunandan bir gün sonra qüvvəyə minəcək.

Sanksiyalar maliyyə, energetika və müdafiə sektorları, o cümlədən ikili təyinata malik mallara şamil olunur.

Qeyd edək ki, Aİ Rusiyaya ilk dəfə sanksiyaları 2014-cü ildə iyulun 31-də Donbasdakı münaqişə fonunda 12 ay müddətinə tətbiq edib.


Tarix: 28-12-2018, 22:06
Xəbəri paylaş





Xəbər lenti