ABŞ-ın “Time” jurnalı prezident Donald Trampın seçki qərargahının keçmiş rəhbəri, hazırda həbsdə olan Pol Manafortla RF prezidenti Vladimir Putinə yaxın oliqarx Oleq Deripaska arasında vasitəçilik edən adamı aşkar edib.
Musavat.com xarici mediaya istinadən xəbər verir ki, bu, Rusiya hərbi kəşfiyyatının keçmiş əməkdaşı Viktor Boyarkindir. ABŞ-ın “Time” jurnalının yazdığına əsasən, V.Boyarkin Oleq Deripaska ilə birlikdə Qərb tərəfindən sanksiya siyahısına düşən adamlardan sayılır.
“Time” jurnalı məhz Boyarkinin 2016-cı il prezident seçkiləri kampaniyasının ən qızğın çağında, həmin vaxt Donald Trampın seçki qərargahına rəhbərlik edən Pol Manafortla Oleq Deripaska arasında bağlayıcı bənd olub. Boyarkin əməkdaşlıq təklifinin Manfortun özündən gəldiyini iddia edib.
“Onun bizə çoxlu borcu var idi. Buna görə pulları qaytarmağın müxtəlif variantlarını təklif edirdi”,-deyə keçmiş kəşfiyyatçı jurnala bildirib.
“Time”ın versiyasına görə, P.Manafort həqiqətən Trampın seçki qaragahına rəhbərlik etdiyi zaman olduqca çətin vəziyyətdə imiş. Oleq Deripaska isə Boyakriknə “borc məsələsini həll etməyi tapşırıb. Bu səbəbdən Pol Manafort Deripaskaya elektron məktublar göndərərək, 2016-cı il seçkiləri ilə bağlı “özəl söhbətlər” aparmağı təklif edib.
Hazırda Donlad Trampın keçmiş funksionerinin özü ABŞ-da 2 müxtəlif iş üzrə bağlı mühakimə olunur. Onlardan birində Manafort məhkəmə tərəfindən təqsirli hesab olunaraq həbs edilib.
İkinci məhkəmə hökmünün gələn il fevarlın 8-də verilməsi gözlənilir.
Trampın keçmiş qərargahının rəhbəri bir sıra maliyyə maxinasiyalarında, o cümlədən 2016-cı il seçkilərində Ruisyanın müdaxiləsinə şərait yaratmaqda günahlandırılır.
Onu da qeyd edək ki, Pol Manafort vaxtilə Ukraynanın rusiyapərəst prezidenti Viktor Yanukoviçin yaxın müşaviri olub və ondan xidmətləri müqabilində milyonlarla pul alıb.