Tramp əxlaqsızlıqda ittiham olundu


ABŞ ordusunun istefada olan generalı Stenli Makkristal müdafiə naziri Ceyms Mettisin istefaya göndərilməsini şərh edib.

Oxu.Az xəbər verir ki, Makkrtistal ABC News telekanalının efirində ABŞ prezidenti Donald Trampın müvafiq qərarını kəskin tənqib edib.

“ABŞ prezidenti administrasiyana daxil olmağa razılıq verərdinizmi?” sualına cavab verən general bu addımı ata bilməyəcəyini bildirib.

Trampın yalan danışdığını deyən Makkristal onu əxlaqsızlıqda ittiham edib.

Xatırladaq ki, 2019-cu ilin yanvarın 1-dən Pentaqon rəhbərinin səlahiyyətlərini C. Mettisin müavini Patrik Şanahan icra edəcək.

Tarix: 31-12-2018, 07:03
Xəbəri paylaş





Xəbər lenti