İsrail parlamenti fahişə xidmətindən istifadəni qadağan edən qanun qəbul edib.
Teleqraf.com xəbər verir ki, bu təşəbbüs ölkənin ədliyyə nazirliyindən gəlib.
Yeni qanunla fahişə xidmətindən istifadə inzibati hüquq pozuntusu kimi tanınır.
Qanunu pozuntusuna görə 2 min şekel (535 dollar) cərimə nəzərdə tutulur. 3 il ərzində bu, təkrarlanarsa, cərimənin məbləği iki dəfə artırılır.
Bəzi hallarda cinayət işi qaldırıla və ya cərimənin həcmi 75 min 300 şekelə (20 min 100 dollar) çatdırıla bilər.
Knessetin üzvü, deputat Şeli Yaximoviç qanunun qabuluinu belə şərh edib: "Fahişəliklə mübarizə köləliklə mübarizəyə bərabərdir. İşin başlanğıcından bəri fahişəliyi leqallaşdıramaq və ona peşə kimi yanaşmaq ətrafında uzun müzakirələr getdi. Bizim bu gün əldə elədiyimiz nailiyyət sadəcə heyrət doğurur".
Qanun yekdilliklə qəbul olunub.