Rusiyanın Çelyabinsk vilayətinin Maqnitoqorsk şəhəində mikroavtobus partlayıb.
Virtualaz.org yerli mətbuata istinadən xəbər verir ki, ilkin məlumata görə, içərisində sərnişin olmayan mikroavtobusda qaz balonu partlayıb. Lakin güc strukturlarının nümayəndələri hadisədə kriminal elementlərinin ola biləcəyini istisna etmirlər.
Xatırladaq ki, dünən həmin şəhərdə yaşayış binasının bir hissəsi uçulub. Dağıntıların altından 9 nəfərin cəsədi çıxarılıb. 30-a yaxın insanın taleyi naməlum olaraq qalır.