ÇİNDƏN ABŞ-A TƏHDİD: “GƏMİNİZİ BATIRARIQ”

 Çinli admiral Cənubi Çin dənizində ABŞ-ın təyyarə gəmisini batıra biləcəklərini bildirib.
Tayvan informasiya agentliyinin verdiyi xəbərə görə, Çin Hərbi Elmlər Akademiyasının direktoru, kont-admiral Lu Yuan Cənubi Çin dənizində ABŞ-la anlaşılmazlığın həll edilməsi üçün, Çinin iki Amerika təyyarədaşıyan gəmisini batırmaq lazım olduğunu bildirib və bunun 10 min nəfər insanın ölümünə səbəb ola biləcəyi barəsində xəbərdarqlıq edib.
Çinli admiral ABŞ-ın ən böyük qorxusunun itki vermək olduğunu da deyib: “Amerikanın necə qorxduğunu görəcəksiniz. ABŞ donanması Tayvana yaxınlaşmağa cürət edərsə, Çin Xalq Respublikasının ordusu milli birliyini dəstəkləmək üçün adanı işğal edər”.
Cənubi Çin dənizi neft-qaz zənginliyinə görə, Çin və ABŞ-ın güzəştə getmək istəmədikləri və anlaşılmazlıq içərisində yaşadıqları bir bölgədir.
Tayvan, Malayziya, Fillippin və Bruney Cənubi Çin dəniqində pay sahibi olduqlarını iddi etdikləri halda, ABŞ öz hərbi qüvvəsi ilə bölgəyə müdaxilə eləməyə çalışır.
Hurriyyet.org
Tarix: 2-01-2019, 22:04
Xəbəri paylaş





Xəbər lenti