"Washington Post": Tramp gündə 15 yalan danışır



"Washington Post" qəzeti ABŞ prezidenti Donald Trampın 2018-ci ildə verdiyi bəyanatlarının 5611-nin səhv və ya yanıldıcı informasiya ehtiva etdiyini irəli sürüb.

Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, bu, gündə təxminən 15 yalan deməkdir.

Qəzetin iddiası, Trampın bütün çıxışlarını hər gün izləyərək yoxlamağa çalışan bir xidmətin araşdırmasına əsaslanır.

Araşdırmaya görə, Tramp 2017-ci ildə ümumi olaraq 1989 dəfə səhv bilgi verib və ya əsassız iddialar edib. Ötən il isə bu rəqəm 3 qat artıq olub.

Qəzet həmçinin bildirib ki, Tramp 22 oktyabrda Texas senatoru Ted Cruz ilə Texasa səyahəti zamanı bir gündə 83 dəfə "gerçəkləri təhrif edərək" rekord vurub.

"Independent" qəzeti isə diqqəti Trampın tez-tez ABŞ mediasının "saxta xəbər" verməkdə günahlandırmasına və həmişə düzün tərəfində olmasının mesajını verməyə çalışdığına çəkir.

Tramp 2018-ci ilin əvvəlində "ABC News"un onun tez-tez düzlükdən uzaqlaşması barədə iddiasına "Həmişə gerçəkləri demək istəyirəm, bunu etməyə çalışıram. Mümkün olduqca düzünü deyirəm" deyə cavab verib.

Sentyabr ayında BMT-nin Baş Assambleyasında çıxışı zamanı Trampın "Mənim idarəetməm ölkəmizin tarixində hardasa bütün hökümətlərdən daha çox şey bacarıb" sözləri qəhqəhələrlə qarşılanmışdı. O, "Bu reaksiyanı gözləmirdim, amma əhəmiyyətli deyil" demişdi.

NBC kanalı Trampın iyunda Ağ Evin Gül Bağçasındakı nitqi zamanı "Tarixi miqyasda böyük bir iqtisadi uğur əldə etdik" sözlərini misal gətirib.

Kanala görə, 20 yanvar 2017-ci ildə Tramp vəzifəyə başlayanda iqtisadi vəziyyət heç də pis olmayıb, əksinə o, iqtisadiyyata önəmli bir yenilik gətirməyib.

ABŞ prezidenti 31 dekabrda Meksika sərhədinə divar hörülməsi müzakirəsində sələfi Barack Obamanın Vaşinqtondakı evinin ətrafına 3 metrlik divar hördüyünü iddia edərək "Bunun təhlükəsizlikləri üçün gərəkli olması ilə razıyam. ABŞ-ın da təhlükəsizliyi üçün bunun biraz daha uzununa ehtiyac var" deyib.

Lakin Obama-nın qonşuları keçmiş prezidentin evinin ətrafında divar olmadığını və mənzilin küçədən açıq-aşkar göründüyünü deyiblər. Obama-nın bir qonşusu deyib ki, "Trump-ın çox aktiv bir xəyal gücü var".

Tarix: 3-01-2019, 06:19
Xəbəri paylaş





Xəbər lenti