Jurnalistin ölümünə görə 5 nəfər edam ediləcək

 Səudiyyə Ərəbistanı Baş prokurorluğu jurnalist Camal Qaşıqçının öldürülməsində şübhəli bilinən 5 şəxsə ölüm cəzası tələb edib.   
 
Sfera.az xəbər verir ki,  həbs edilənlər Türkiyədədir. Ərəblər həbs edilənlərin təcili edam edilməsini tələb edir. Qeyd edək ki, oktyabrın 2-də müxalifətçi jurnalist və siyasətçi Camal Qaşıqçının Səudiyyənin İstanbul konsulluğunda Səudiyyə kəşfiyyatçıları tərəfindən öldürülməsi, doğranması və cəsədinin yox edilməsi, daha sonra isə Ər-Riyadın bu barədə rəsmi etirafı ölkənin zədələnmiş imicini beynəlxalq müstəvidə daha da ləkələyib və Ər-Riyada qarşı beynəlxaq təzyiqlər kəskin artıb.
Tarix: 3-01-2019, 15:34
Xəbəri paylaş





Xəbər lenti