ABŞ Rusiya üzrə mütəxəssisi İrəvana göndərir-Senat təsdiqlədi


ABŞ Senatı Ermənistandakı ABŞ səfiri postuna Linn Treysinin namizədliyini təsdiqləyib.

Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir. L.Treysinin namizədliyini ABŞ prezidenti D.Tramp sentyabr ayında irəli sürmüşdü.

Məlumatda deyilir ki, amerikalı diplomat keçmiş SSRİ və Rusiya üzrə mütəxəssisdir. Diplomat ABŞ-ın Ermənistandakı səfiri vəzifəsinə təyin olunanadək Dövlət Departamentində Rusiya məsələləri üzrə baş məsləhətçi vəzifəsini icra edib.

Şübhə yoxdur ki, Ağ Evin Ermənistandakı səfirliyə Rusiya üzrə mütəxəssisi göndərməsi xüsusi hədəflərə hesablanıb.

Tarix: 3-01-2019, 21:55
Xəbəri paylaş





Xəbər lenti